Jalebloq.az

İran Qumundakı müxalifət…

KÖŞƏ

İran Qumundakı müxalifət…

“Yeni Müsavat”da “Əli Kərimlini vətən xainləri niyə müdafiə edir – şok səbəblər…” başlıqlı yazıda, AXCP sədrinin ünvanına tənqidi fikirlər yer alıb. Yazıya və qəzetin baş redaktoru Rauf Arifoğlunun ünvanına cavab uzaqdan gəlsə də, gecikməyib. İrandan, Qum şəhərindən nur-az.com və daha bir neçə İran maraqlarına işlədiyi iddia olunan saytdan baş redaktora ünvanlanan tənqidi fikirlər, AXCP sədrinin müdafiəsinə yönəlib. Bu birmənalı şəkildə o deməkdir ki, AXCP İranla müttəfiqdir. Və maraqlar o qədər üst-üstədir ki, İran Əli Kərimlini və partiyasını müdafiəyə aşkar imkan verib.

 Böyük Nizaminin “Krəpickəsən kişinin dastanı” düşür adamın yadına.

Qum şəhərində xeyli qoca bir kişi vardı,

Pəri kimi, cin kimi camaatdan qaçardı…

Kişi olmağına var, İranda, Qumda deyil, Azərbaycanda, Bakıda oturub. Pəriliyini də deyə bilmərəm, amma cin kimi davranır, daha doğrusu davranırlar. Cin o cin deyil ha…bir ara hamıya girməyə çalışırdı. Sonra da mollalar toplaşıb  onu necə çıxarmaq üstündə baş sındırırdılar. Lənətə gəlmiş nə din bilirdi, nə iman. Mən deyən alayı cindir. Biz tərəflərdə qoçaq, əli hər yerə çatan adamlara da cin deyirlər. İndi başa düşmüşəm, elə cinbalalar var, onlara da  molla gərəkmiş. Molla demiş, İran mollaları Azərbaycanda yaman fəallaşıb. İslam boyda dini abırdan salıb, üzlərinə pərdə edib, əllərində məsələn oyuncaq, xarab telefona döndərib yaman gəzişirlər həbsxanalarda. İki-üç gün əvvəl bu din işbazlarının oyuncaq telefonu Azərbaycandakı nümayəndələri Taleh Bağırzadənin oğlunun oyuncaqları arasından çıxdi. Ara yerdə qadın getdi bada. Haqqında cinayət işi açıldı. İran səfirinin “bizlik oyun deyil” kmi yozula biləcək rəsmi bəyanatından sonra işə xitam verildi. Müəmmalı oyuncağı xanıma qaytıardılar və məsələ tamamlandı.

Ancaq AXCP ilə ittifaq məsələsi aktuallığını itirməyib. Çünki cin kimi AXCP-nin İranın, Qum şəhərindən səsi gəlir. İndilik saytlardakı mövqe formatında.

İran-AXCP-Milli Şura-dini inqilab…Budur Əli Kərimlinin sizə vəd elədiyi yox, verəcəyi Azərbaycan…Bəyənirsinizmi? Bu əqidə, bu tərz, bu əməllərlə Azərbaycanda hakimiyyət arzusundadırlar, demokratiya quracaqlarmış. İlahi ədaləti bərpa edəcəklərmiş. Ədalətli məhkəmə, hüquq-mühafizə orqanı, güc, təhlükəsizlik sistemi formalaşdıracaqlarmış. Ölkədə qaragündə olan hər kəsi ağ günə qovuşduracaqlarmış. Haqq-ədalət bərpa olunacaqmış. Hər kəs haqq elədiyi kimi yaşayacaqmış. Kimin dəstəyi ilə? İranla? Ay-hayyy…Səs verməsə İrandakı istənilən seçkidə yetərsay olmayan cənubi azərbaycanlılar xofundan buna fürsət verərmi molla rejimi sizcə? Qətiyyən! 

Bu arada, rəsmi İran artıq hər hansı əməkdaşlığı danıb. Adıçəkilən saytlar İran dövləti tərəfindən dəstəklənmir, rəsmi qurumlarla hər hansı bir əlaqəsi yoxdur. Səfirlik iki ölkə münasibətlərinə xələl gətirən davranışları pisləyir.  “nur-az.com saytı İran İslam Respublikası ilə heç bir əlaqəyə malik deyil və İran dövləti heç bir vəchlə bu saytı və rəhbərliyini dəstəkləmir. Onların İranda fəaliyyət göstərməsinin İran dövlətinə heç bir aidiyyəti yoxdur. İranın rəsmi nümayəndələri Azərbaycanın dövlət rəsmiləri ilə görüşlərində bu sayt və onun rəhbərliyi ilə hər hansı əlaqəni açıq və qəti şəkildə rədd edirlər. Onlar tərəfindən hər hansı bir qanun pozuntusu törədilsə, cəzalanacaqlar. Bu saytda dərc olunan fikir və baxışlar heç bir vəchlə səfirliyimiz tərəfindən təsdiqlənmir. İran İslam Respublikası dost və qonşu Azərbaycan dövləti ilə əlaqələrin inkişafının tərəfdarıdır, bu siyasətə müxalif olan bütün qüvvələr bizdən deyil və biz onların əməllərini pisləyirik”.

Azərbaycanda Taleh Bağırzadə olaylarından sonra artıq heç kimə sirr deyil, AXCP və Milli Şuranın xarici mərkəzlərə bağlı radikal dini cami ilə ortaq maraqları var Azərbaycanda. Diqqət etəniz aydın bir mənzərə var. İranın duni qruplaşmalarının Azərbaycandakı nmayəndələri müxalifətin radikal addımlarını müdafiə edir, hətta onların keçirdiyi etiraz aksiyalarına qatılır. Qarşılıq olaraq müxalifət də məhz radikal dini qruplaşma fəallarının müdafiəsinə qalxır. Hətta Hacı Talehin simasında onara siyasi məhbus statusunun verilməsi üçün mübarizə aparır. Nə deyək Milli Şuralı, AXCP-li demokratiyanız batsın, vəssalam…

Qaldı İranın rəsmi açıqlamasına, bəs nə deməliydi. Durub deyəsi ha deyil ki, sizin müxalifətlə yanaşıyıq bir xeyli məsələdə. Nə isə… demək istədiyim odur ki, ey sevgili əhli-məmləkət bunlardan sizə və bizə heç bir zad olası deyil. Olsaydı illərdir olardı. Olmadı. Olan-qalan müxalifəti də bir yolla yeyib-bitirdilər. İndi Azərbaycanı yemək istəyirlər. Siz siz olun, yedirtməyin!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top