Jalebloq.az

Keşiş qaponların “messencer inqilabı”…

KÖŞƏ

Keşiş qaponların “messencer inqilabı”…

Yəqin çoxları şahiddir, yeni üslub seçilib, mesncerlərə Mirzə Sakitin, Sevincin, Orduxanın, Qurbanın, İsgəndərin videoları gəlir. İnqilab, aksiya, insan haqq-hüquqları, dövlət əleyhinə çıxışları və sair əks etdirir. Guya bunlar müxalifətdir, liderdirlər. Ən abırlı tənbeh, ay siz öləsiniz. Olsa-olsa “messencer inqilabıdır” sizinki.  O da özünüz beyində olanlarla. Bütün bunlardan sonra ortada vacib suallar var:

Onlar niyə  “at oynada” bilir? Niyə belə rahatdırlar?

Çünki qarşılarına çıxıb, “kəs səsini, ….!” deyən sağlam müxalif lider və ya liderlər yoxdur, yəni əməli-saleh müxalifət yoxdur.

***

Şəxsi yanaşmamdır,  ölkəyə müxalif beyin, ya da beyinlər, fikirlər lazımdır, amma

sağlamından, ədalətlisindən, keçmişi təmizindən, əqidəlisindən, əxlaqlısından, oğru olmayanında, vətənpərvərindən, milli ruhu olandan, fərdi marağına, intriqasına çevrəsini, əqidədaşlarını qurban verməyəndən, dövləti üçün varlığını belə fəda eləməkdən çəkinməyəndən, qorxaq olmayandan, nəfsinə hakim olandan, rüşvət almayandan, satılmayandan.

 Hanı, varmı?!  Yoxdur! Demək ki, müxalifət adlı düşərgə də yoxdur. Demək ki, müxalifət-müxalifət oynamağın adı da yoxdur. Demək həm də iqtidara öz səhvlərini, gerçək səhvlərini ədalətlicə göstərən  güzgü yoxdur. O güzgü ki, o, olmazsa, olmazdır…

Və bu olmayan təkcə cəmiyyətə ziyan, zərər gətirmir, əksinə hamıya ziyan vurur.  Yuxarıda qeyd olunan messencer “inqilabları” başlayır.

Etiraf eləmək lazımdır ki,  ən mükəmməl cəmiyyətlərdə belə hər şey birmənalı əla deyil. Yəni bizdə də vəziyyətin birmənalı əla olmasında kimsə israr etmir. Əla olmayan odur ki, bunu vicdanı, əxlaqı insanlarda inam yaradan biriləri deməli, danışmalı və istiqamət göstərməlidir. Onlar fəal olmadıqca, susduqca duru yağ kimi üstə çıxan xaricdəki radikal qüvvələr meydanlarda “at oynadır”. Savadsız, boş, mənasız, sadəcə baş xatirinə çiyinləri üstündə saxladıqları kəllə ilə milləti yönəltməyə çalışır, meydanlara çağırır, üsyana səsləyirlər, dağıdıcılığa haraylayrlar. Üstəlik dövlətin ali şəxslərini təhqir edir, əxlaqsız ifadələrlə aşağılamağa çalışırlar. Ən pisi də odur ki, millətin qulağı bu sözlərə alışır, üzü simasız üzlərə öyrəşir. Onlar hər yerdədirlər, sosial şəbəkələrdə, fərdi YOTUBE kanallarında, bəzən də maliyyəsi bəlli olmayan saytlar üzərindən hücumdadırlar. Təkcə dövlətəmi? Təbii, yox, həm də müxalif “liderlərə”.

Məsələn, Əli Kərimliyə “beyni peyin”, gənc oğluna əyyaş, əxlaqsız deyirlər.

Cəmil Həsənliyə “peysər” söyləyirlər.

Gültəkin Hacıbəylinin var-yoxunu söyürlər.

Sevinc Osmanqızını Əli Kərimli ilə birgə qrant maxenasiyalarında suçlayırlar.

Qurban Məmmədova riyakar, sərsəm, İsgəndərə bir başqa ayama söyləyirlər.

Orduxanı sərsəm adlandırırlar.

Orası bir alayı məsələ ki, özləri özlərini babat tanıyırlar. Ciklərini-biklərini əməlli başlı bilirlər. Məsələnin bir də o tərəfi var ki, bu beyinlə Azərbaycanda dövlət başına keçməyə israr edirlər. Bir düşünün,  bunların biri baş nazir, biri maliyyə, digəri iqtisadiyyat, o biri daxili işlər naziridir. Adam belə dövlətdən imtina eləyər, həm də gözübağlı…

Bakıda olsaydılar yəqin ki, mənzərə fərqli olardı. Nə var okeanın o tayında oturub, monitor qarşısında lotulanmağa. Məsələ odur ki, sözünü gəlib burda deyəsən. Müxalifətçilik gədalıq edib xaricdə və ya Rusiyada oturub dövlət söymək, məmurları və dövlətin ali şəxslərini təhqir eləməklə olmur. Müxalifətçilik layihələr, təkliflər, geniş sferanı əhatə edəcək işlər görməkdir.  Problemləri təqdim etməkdir. Kimsə Bakıdan “kık” eləyəndə, oturduğu ölkədə altını batırmaq deyil müxalifətçilik. Qısası bir “kık”dan qorxan gədələrdən müxalifətə lider, dövlətə baş, millətə böyük olmaz, atam balası. Allah and olsun ki, dəqiqi əminəm, saatlarla danışasınız, etiraza, üsyana, aksiyaya çağırış eləyəsiniz, nənəm deməsi, bir kopolu  “üçüncü mikrarayon kruquna” çıxmaz. O üzdən dəmşalaq videolarınızı, məsələn, Mirzə Sakitin mitinq çağırışını, Qurbanın ittiham dolu fikirlərini, Vidadinin söyüşlərlə zəngin videosunu, Sevincin guya “nə deyirsiniz deyin, vecimə deyil” mimikası ifadə eləyən “gülümsər” üzünü adamlara yollamayın. Sizin dabbaqda gönünüzə bələd olanlara heç yollamayın. Nədən ki, qazan deyər dibim qızıldı, çömçə gözünə döndüyüm də dönər deyər ki, bəs buca dəqiqə gəzib gəlmişəm…

Yəni bu təqdim eləyib, millətin beyninə, gözünə soxmaq istədiyiniz keşiş Qaponun varislərini adamlara “sırımayın”. Bəs keşiş Qapon kimdir?

Keşiş Qapon rus tarixində insanları inqilaba səsləyib, gülləbaran etdirən, özü isə namərdcə aradan çıxan təxribatçıdan başqa bir şey deyildir…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top