Jalebloq.az

Ləkə vuran, cəza alacaq!

Uncategorized

Ləkə vuran, cəza alacaq!

Prezidentdən son xəbərdarlıq…

İslahat təkmilləşmədir, yeniliyə uyğunlaşmaqdır, irəliyə doğru addımdır.  İslahata hətta inkişaf etmiş ölkələrdə də ehtiyac  var. Bu mənada ölkə başçısı İlham Əliyevin kadr yerdəyişmələri, yeni kadrların vəzifəyə gətirməsi, siyasi komandanın daha gənc kadrlarla yenilənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir.

Bir vacib məqam var ki, bu dəfəki kadrların üzərində həm də ciddi nəzarət mexanizmi işə salınıb. Çünki Prezident indiyədək vəzifəsinin icrasına başlamazdan əvvəl kadrları qəbul edib kursu onlara şəxsən izah etməmişdi. “Bizim siyasətimizə ləkə vuran hər bir kəs ciddi cəzalandırılacaq” kimi kəskin xəbərdarlığı da olmamışdı. Bu qədər qəbullar, çıxışlar yerdəyişmələr, işdən çıxarmalar, tapşırıqlar, jestlər, görüşlər və sair fonunda siyasi hakimiyyətin, konkret olaraq Prezidentin istədiyi nədir?

Aydındır ki, Prezident yeni kadrlardan daha çox tələb edəcək, daha artıq iş görülməsini istəyir və ən vacibi insanlarla birgə idarəçiliyə üstünlük verilməsinin tərəfindədir. Daha dəqiqi ölkə başçısı islahatlarda sıravi vətəndaşlardan özü də dəstək istəyir. Bunu öz nümunəsində məmurlara da tövsiyyə edir.

Prezident istəyir aydın bir cəmiyyət quraq nəhayət ki, rüşvətxorluq, korrupsiya aradan qaldırılsın. Dövlətlə-vətəndaş arasında məmurlar çox yaxşı vasitəçi olsun.  Elə bir sistem formalaşsın ki, insanların məmurdan hər hansı asılılığı olmasın.  Prezident istəyir, insanlara söz deməyə imkan verilsin. Məmurun vətəndaşa olan sevgisi, vətəndaşın dövlətə olan sevgisinə ən azından adekvat olsun. İnsanlara vicdanla, ədalətlə davranılsın. Kimsə haqqını yedirtməsin, kiminsə haqqı yeyilməsin. Bir sözlə, Prezident normal vətəndaş cəmiyyəti qurulmasından yanadır. Prezident bunu istədiyini efirlərdən, məmurları tək-tək qəbul etməklə göstərir. Nə danışırıq, nə tapşırıram, nə deyirəm siz də görün deyir. Bu həm də o deməkdir ki, əziz vətəndaş tapşırdığımı etməyənlər barədə sən də mənə məlumat ver. Elə beləcə, vireogörüntü ilə çək, sosial media üzərindən paylaş. Bu gün sözümü deyə bilmirəm, deyə bir şey yoxdur. Sozünü sosial media üzərindən deyəcəksən, lazım olan yerlər də eşidəcək. “Problemləri adamların özlərindən dinləmək istəyirəm”deyən insanlara yönəlmiş mesajdan başqa yozum almaq olmur. Jurnalistlərlə görüşdə isə “köməkçilərimsiniz, yazın ki, görüm” deyilmişdi. Bizə qalan, yazmaq, danışıb, göstərməkdir təbii ki, vicdanla və gerçək olanları. Bir də o qalır ki, ədalətlə, qorxmadan, çəkinmədən, cəsarətlə bu fikirləri yazan media quruluşları qabağa dura. Rəsmi dili, statisikanı kənara qoya. Ütülü ifadələri yığışdıra. Çox effektiv nəticələr əldə etmək mümkündür. Hələlik məhz bu fədakarlıq lazımi qədər görünmür. Niyə? Çünki tənqid edilməsi vacib olan bir xeyli insanlarla işgüzar münasibətlər, dostluq, yoldaşlıq münasibətlərinə transfer olunub. Daha dəqiqi sərhədlər xeyli qarışıb. Hər şey o məhşur fikirdə olduğu kimidir. Yəni hər şey sərhəddən başlayır. Sözün sərhədlərini bəlli edək ki, siyasi liderə də, dövlətə və millətə də faydamız olsun…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox Uncategorized

To Top