Jalebloq.az

Məkri zənən…

KÖŞƏ

Məkri zənən…

İki xanım, iki qadın, iki azərbaycanlı, iki nifrətlə dolu fikir adamı. Qələmləri gerçəkdən müzakirə mövzusu deyil, peşəkardırlar. Nə yazıq ki, vətənə, millətə və dövlətə yönəlikdir. Həm də döşmən mövqeyindən…

Xədicə İsmayılla, Günel Mövludu deyirəm. Zamanında çox yaxşı yazı müəllifləri indilər.  İndi  onlarla bir, ya da dediklərinə bənzən söz deməyən hər kəsə nifrət edirlər. Niyəsini anlamağa çalışır adam. Görürsən, natamamlıq yaşayıblar çoxlu sayda. Hər iki xanımın uşaqlıq, yeniyetməlik travmalarını istedları belə qapada bilməyib. İndi də hikkələrini millətin, dövlətin dəyəri olan insanlara yönəldirlər. Onu söy, bunu “vur” “siyasəti” ilə biri Avropaya siyasi mühacir olub, biri Bakıda qaldı, Avropanın “gözü”, “qulağı”, “pulqabısıdır”.

Xədicə İsmayıl deyir ki, bəs Ramil Səfərov erməniyə qarşı vəhşilik edib, onu qətlə yetirib. Azərbaycanın siyasi hakimiyyəti də bu cinayəti törədəni ölkəyə gətirməklə seçkiqabağı divident qazanıb.

Niyəsə əminəm ki, döşünə döyüb mənəm deyən hər kəs, Azərbaycan hökumətinin, Prezidentinin atdığı bu addımı atar, Ramili Bakıya gətirtmək imkanından mütləq istifadə edərdi. Çünki Ramil ermənini durduğu yerdə, yatdığı çarpayıda qətlə yetirməyib. Amma Dağlıq Qarabağda ermənilərin işğalçılıq siyasətinin qurbanlar bəlkə yatağında, bəlkə süfrəsinin arxasında, bəlkə də əsirlikdə qanına qəltan edilib. Bunu necə anyayırmı dərəyli fikir adamımız?!.. Anlayırmı ki, dəyərləri təhqir eləmək, insanın duyğuları, faciələri ilə məzələnmək onu şəxsiyyətsiz, sındırılmış biri edir. Yəni dolayısıyla Ramil özünü, mənəviyyatını müdafiə edib sözügedən olayda. Və Xədicə İsmayılın iddiasına gəlincə, siyasi hakimiyyət seçkiqabağı divident qazanıb. Ola bilər. Hər halda bu, dövlətini, millətini satıb, aşağılayıb para qazanmaqdan daha ədalətli addımdır…

…Və niyəsə əminəm Xədicə İsmayıl bu duyğuları anlamayacaq qədər ruhu daşlaşmış, sarsılmış biridir. Bəlkə də bütün sevdiklərindən sarsılmış biri. Ona “sən bilməzsən”, “sən bacarmarsan”, “sən nə gündəsən?”, “istedasız, savadsız, ağılsız” deyə xeyli ittiham altında əzizblər. O isə həmişə ən yaxşı, ən əla olmağa çalışıb, hər kəsə özünü sübut etmək üçün.  Bu onda alınıb. Elə bir iş görüb ki, çevrəsindəki ən yaxınlarının hamısından daha üstün görünməyə müvəffəq olub. Vacib deyil buna hansı yolla çatıb, əsas olanı budur ki, çatıb və əminəm, onu ittiham edənlərin xeylisinin Xədicədən işi də keçib…O da qaxınclarını üzlərinə vura-vura lazım olan bütün “yaxşılıqları” edib…

***

“Uşaqlığımı, yeniyetməliyimı müharibə məndən aldı” dediyi, fərdi çıxışını çox bəyəndiyim, məhz o çıxışından sonra maraqla reportaj-yazılarını izlədiyim Günel Mövludun da bənzər travmaları var. Ona sən yaxşı deyilsən, sən bacarmırsan, sən acizsən və sair sözləri çox söyləyiblər. Ondan çox uzaq olublar sevdikləri. O da həmişə əksini sübut eləməyə çalışıb, yenə də hansı yolla olur olsun…

Alınıb, indi iki övlad anası, siyasi mühacirdir. Zaman-zaman Azərbaycan əleyhinə çıxışlarına şahid oluruq. Hərdən orutub bir status yazır sosial şəbəkə üzərindən. Adama elə gəlir, ona əli çatmayan sıravi vətəndaşların söyüşünə tamarzıdır. Camaat söyür, Günül də qəşş eləyib, ürəyi gedənəcən gülür, həzzini yaşayır…

Yoxsa adam, məsələn, niyə dursun deysin ki, ağlım kəsmir, Mübariz İbrahimov  niyə erməniləri öldürüb?! Mənim də Günelin niyə ağlının kəsmədiyini, ağlım kəsmir.

Elə bil, illər öncə ermənilər, müharibə mənim həyatımı çaldı deyəna adam bu deyil.

Elə bil, Mübariz durub Ermənistan ərazisinə girib.

Elə bil, hadisə işğal altında olan Azərbaycan torpaında, erməninin qurduğu səngərində baş verməyib.

İnciməyin, bunun bir adı var,  qızlar, siyasi hakimiyyətə olan nifrəti, insan olaraq natmamlıqdan doğan əzabları, irinə çevirib vətənin, dövlətin, millətin üzünə qusmaq. Nə deyək, Allah hidayət eləsin!

…Və bir də nənəmin dədəmə hər gün evdən çıxanda tökdüyü duanı xatırlayıram sizə baxanda…

Oğul səni, şəri şeytandan,

Quru böhtandan,

Məkri zənəndən,

Allah qorusun…

Nənəmin oğlu Azərbaycan, məkirli zənənlərisə sizsiniz bu duanın.

***

Ramil Bakıda ilk göründüyüm anı xatırlayıram. O zaman çalışdığım Dövlət Televiziyasının ictimai-siyasi proqramlar redaksiyasının hazırladığı verilişə, müsahibə vermək üçün gəlmişdi. Şirkətə çatmamış, “Şəhidlər Xiyabanı”nda qarşıladıq onu. Tək biz yox, onlarla adam. İnsanlara  qarışıb Ramili mən də bağrıma basmışdım.

Mübarizin məzarına isə ara sakitləşəndən sonra gedib, dizimi yerə atıb, hönkür-hönkür ağlamışdım. Bilmirəm, bəlkə çox hissə qapılmaq deyər buna kimsə, bəlkə gerçəyimi anlamazlar. Anlamazlar ki, bu ölkə müstəqil, azad olanacan,

uşaqlığım, məktəb illərim itib mənim – hərəkat, müharibə aparıb!

 Yeniyetməliyim itib- hərəkat, müharibə aparıb!

Çoxlu yaşamadıqlarım olub – hərəkat, müharibə imkan verməyib!

Mənim heç göy qurşağım olmayıb. “Qrad” raketlərinin axşam atışlarından yaranan, çeşidli, rəngli zolaqların səmada qoyub getdiyi izinə, evimizin pilləkənindən boylanıb, baxıb, göy qurşağım demişəm mən…

Mübarizin məzarında, bəlkə öz günümə ağlamışam yəni…

Ramilin boynunu qucaqlayıb, xoş gəldin qardaş, deyəndə, bəlkə, Qarabağın işğaldan azad edilməsi arzuma sarılırdım, bilmirəm.

Bildiyim cəmi bircə şey var, onların hər ikisi mənim üçün AZƏRBAYCAN idi. Ərazisini azad, insanlarını hür görmək istəyən AZƏRBAYCAN! Ancaq onu qucaqlaya, onun üçün sidq ürəkdən ağlaya, onu sevə bilərəm, çünki nə zamansa, torpağına qoyulanda, məni ondan başqa bağrına basan olmayacaq…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top