Jalebloq.az

…Mənim LİDERim!..

KÖŞƏ

…Mənim LİDERim!..

İllər öncə idi. Onda məmləkətin sanballı hakimiyyət partiyası kimi, sanballı da müxalifət partiyaları var idi.  AMİP, AXCP, Musavatın adlarına layiq olduqları illəri idi, doxsanların əvvəlləri.  Bakıya tez-tez Soros əminin uşaqları, ABŞ Milli Demoratiya İnistitutu adlı əslində siyasi bir qurumun nümayəndələri gəlirdi. Gəlirdilər baxıb görsünlər, kim daha çox söyə bilər, kimin daha artıq ara qarışdırmaq potensialı var. Çünki məhz ondan sonra partiyalar da, onların himayısində olan xeyli QHT və bəzi media quruluşları da xaricdən böyük məbləğdə qrantlar ala bilərdilər, özü də “layihə icra edirik” adı ilə…

***

Keçdiyim yolları, olduğum məkanları, mən olmağımda zərrəcə xidməti olanları heç zaman unutmuram. Bu mənada uğur yolumun böyük hissəsində “Azadlıq” qəzetinin adı iri hərflərlər yazılır…

O qəzetdə yazdığım iki yazıdan birində, həmkarım Zülfiyyə Abusəttarla ortaq imzamız yazılanında, Müdaffiə Nazirliyindəki, ayrı-ayrı hərbi hissələrdəki vəziyyətə dair araşdırmada başımız xeyli ağrımışdı. Ancaq nəticəsi əla idi. “Azadlıq” qəzetində yazılan bir neçə səhifəli və real sənədlərlə əsaslandırılmış araşdırmamız dövlətin diqqətini çəkmişdi. MN-də davamlı yoxlamalar aparılması üçün böyü bir komissiyanın fəaliyyətə başlaması barədə rəsmi açıqlama da yayılmışdı. Göstərişi verən şəxs o zamankı dövlət başçısı Heydər Əliyev idi…

***

Ardıyca başqa bir yazıya imza atdım. Dövlət qulluğunda, güc struturlarından birində çalışan biri, çox yaxşı ailənin tələbə qızını ona ərə gəlmədiyi üçün zorakılığa məruz qoyub, qətlə yetirmişdi. Xatırlayıram,  həmin adam yazıdan sonra həbs edilmişdi. Yüsək vəzifə tutan qardaşı isə, redasiyanın qarşısında xidməti silahla üzərimə hücum çəkmişdi. Onda da qanımın arasına Azərbaycanın eks Prezidenti, mərhum Əbülfəz Elçibəyin mühafizəçiləri girmişdilər. Adamı Əbülfəz bəyin gösrətişi ilə tərisilah edib, mənim canımı qurtarmışdılar. Sonradan o şəxs də xidmətindən uzaqlaşdırılmışdı. Bu iki olaydakı Heydər Əliyev obrazını mən çox bəyənmişdim. Hər ikisində Azərbaycan kişisi, güclü siyasi lider obrazı var idi. O gün böyük bir  faciə yaşanmasına mane olduğu üçün Əbülfəz bəyi də unutmuram…

***

Qayıdaq müxalifət partiyalarına və ABŞ-ın ADİ-u məsələsinə. Yenə də doxsanların əvvəli, Bakə və AMİP-in qərərgahı… MDİ-nin iki işbilməz gədəsi mətbuan onfransı keçirir, Azərbaycanda ictimai-siyasi durumun vəziyyətində sahiblərinin nə düşündüyünü eşidəcəyi biz də. Danışa-danışa məsələnin o yerinə çatdılar ki, sizdə siyasi mühacirlər, cinsi azlıqlar çoxdur. Siyasi lideriniz diktatordur, Azərbaycanda söz və mətbuat azadlığı dəhşətli durumdadır. Bütün bunları canıyananlıqla yox, bizi, zalda əyləşənləri və dövlət, millət olaraq bizi ələ sala-sala danışırdılar həm də. Bu əqidəsi, mənliyi, şəxsiyyəti olan adamın bütün olub-olmazını söymək deməkdir. Yuxarıda sadaladığım iki hadisə düşdüy yadıma. Son dərəcə sakit bir dialoq başladı bu iki özündən razı amerikalı gənclərdən biri, Corcla mənim aramda:

– Azərbaycanda neçənci dəfədir olursunuz?

-Birininci.

-Bizi nə qədər tanıyırınız?

-Sizi, yəni kimi nəzərdə tutursunuz?

-Bizi, yəni cinsi azlığımızın çoxluğuna rişğənd elədiyiniz azərbaycanlıları deyirəm…

-Çoxdurlar, sizin hakimiyyət onları incidir.

-Siz bunu necə dəqiqləşdirə bilmisiniz? Cinsi azlıqların statistikasına dair bildiyiniz rəqəmləri sadalamaq  mümündürmü?

-Dəqiqləşdirmə lazım deyil…

-Bəs nə lazımdır? Siz haqqında heç nə bilmədiyiniz ölkəyə gəlmisiniz. Oranın vətəndaşlarını aşağılayırsınız, adamların çoxunun cinsi azlıq olduğunu iddia edirsiniz, siyasi lideri lağ obleytinə çevirirsiniz və suallar da sizdə narzılıq doğurur. Sizin ölkənin liderlərini, sizin özünüzü vətəndaş olaraq ələ salsaq ürəyinizcə olarmı?

-Haranın əməkdaşıdır? (Bunu yanındakı adamdan soruşdu, cavabı özüm verdim-red)…

-“Azadlıq” qəzetinin (təəccüblə üzümə baxdı, çüni “Azadlıq” qəzetinin min bir əzabla çalışan adamları adından da onlardan qrantlar alınırdı həmin dönəmdə-red), amma bunun məsələyə dəxli yoxdu. Mən öz dövlətimdən, siyasi liderdən narazı ola bilərəm, onu tənqid də edə bilərəm, bu mənim vətəndaş olaraq haqqımdır. Amma siz haqqında bircə əlmə də bilmədiyiniz dövləti, insanları təhqir edə bilməzsiniz.

***

…Bu dialoqdan sonra ani sükut yarandı,  sonra məni bir neçə həmkar dəstəklədi. Hətta zalı tərk edək təklifi də edildi. Çünki Azərbaycan mediasının qarşısında Azərbaycanı, onun siyasi liderini aşağılamaq olmazdı, bu birmənalı  mümkünsüz idi.

O an Heydər Əliyev mənim siyasi kursundakı bəzi elementləri qəbul etmədiyim siyasətçi idi. Amma həm də mənim siyasi liderim idi. Çünki dövlətimin başçısı, ölkəmi beynəlxalq arenada təmsilçisi o idi. Onu mənim və digər həmarların qarşısında kimsə aşağılaya bilməzdi. Lap dünyaya meydan oxuyan ABŞ-ın siyasi kursunun təbliğatçısı, tanınmış adamı olsa belə, bunu bacarmazdı. Prinsip birdir nəinki siyasi lider, hətta mənim öləmin bomju belə mənimdir. Mənim olanısa ancaq baş üstə tutmaq lazımdır başqalarının yanında və qarşısında!

***

Həmin tədbirdən sonra daha MDİ-nin mətbuat konfranslarına məni yollamadılar. Onların iştirakı ilə keçirilən tədbirlərə dəvət almadım. Məndə özlərinə potoloji nifrət hiss eləmişdilər. Əslində gerçək bu deyildi.  Nifrət də bütün duyğular kimi ali hissdir. Onu da haqq eləmək gərəkdir, sevgi, rəhm kimi. Mənim az gücümlə qarşısına çıxdığım sarıbaş, qırmızı yanaq amerikan gədələri o nifrəti belə haqq eləmirdilər! Anlamadıqları bu idi…

Bəs çalışdığım redaksiyada nə baş verdi? Yəqin bu da maraqlıdır. Heç nə, sacədə qəzetimizin birinci mərtəbəsindən, AXCP-nin bəzi funksionerlərindən gələn tapşırıqla bir balaca danlandım, vəssalam!…

…Heç yerdə üz-üzə gəlmədiyim mərhum Prezident Heydər Əliyev yadımda bir də   “Bakılı oğlanlar”la görüşdə olduğu kimi qalacaq. Yəqin o epizodu hamı yaxşı xatırlayır. Söhbəti belə başladı:

-Hamı elə bildi  “Məhəllədə”  Nazarbayevə  sataşmısınız. Amma mən bilirəm axı helə deyil… Mənə sataşmısınız, bizə… Bilirəm, əslində o qarşılanmaları təşkil edənlər istəyirlər yaxşı olsun, yaxşı görünsün, indi onlar elə bilir, amma mən də bilirəm ki, ziyan olur də, yaxşı deyil…İndi gərək sizin elədiyinizdən sonra nəticə çıxaraq…Hər sözün ardıyca da gülür, gülür…Son dərəcə ürəkdən gülür həm də…

…Bu gün doğum gününüz olsa da, Allah sizə rəhmət eləsin deməliyik, təbrik əvəzinə, qocaman bir TƏƏSSÜF!.. Bir də onu deyim ki, nəhəng İNSAN idiniz, həm də çox nəhəng. Tənqidə, haqlı, vicdanlı, ədalətli sözə, sərt yumora belə dözümünüz özünüz qədər nəhəng, təkrar olunmaz idi. Allah rəhmətinizi versin cənab PREZİDENT!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top