KÖŞƏ

Media milliləşə biləcəkmi?.. Yəni qanun hə deyir, bəs proses…

Azərbaycanda yeni “Media haqqında qanun” layihəsi əslində rezonans yaratmalı idi. Qanun mövcud olsa da hələ ki, ətrafında ciddi müzakirələri duyulmur. MEDİA-nın təşəbbüsü ilə təşkil olunan bir neçə müzakirəni çıxmaq şərti ilə təbii ki.
Əslində, bəzi detallara varanda, aydın görünür ki, qanun ölkə mediasını əvvəl milliləşdirmək, sonra müasirləşdirmək istiqamət götürüb. Dolayısıyla yeni qanun, sıravi media adamlarına sərfəlidir.
Bir az da konkretləşsək, media monopoliyadan çıxa bilər. Hətta mərhələ ilə dövlət dəstəyindən imtina edə, daha müstəqil və ədalətli mövqe sərgiləyər.
Sual oluna bilər ki, indi media monopoliyası kimin əlindədir, dövlətinmi?
Təbii ki, deyil. Bu qismən belədir.
O zaman dövlətin media savaşı və islahat arzusu nəyə gərəkdir?
Uzun müddət media sektorunda yaşanan biabırçılıqlar ona gətirib ki, sektorda cəmi bir ovuc milli media siması qalıb. Bura həm fərdlər, həm də beş-üç media quruluşu daxildir. Digərləri reketliyə, firqə və kənar siyasi maraqlara xidmət edir. Yeni qanunsa deyir ki,
-Media sektorunda nüfuzlu tədbirlərə, xarici səfərlərdə, dövlət əhəmiyyətli səfərlərə eyni adamlar, eyni simalar gedə bilməyəcək. Monopoliya yığışsın.
-Minimum maaş həddi bəlirlənəcək ki, bu bir çox ikili mühasibat aparanlara ciddi maneədir.
-Dövlət media münasibətlərində sərhədlər də bəlli olacaq. Məsələn bir xəbərə görə, harada medianın, harada dövlətin, məmurun məsuliyyətləri, bitir və ya başlayır deyə aydın cizgilər çəkiləcək.
-Medianın iqtisadi azadlıqlarının təmin olunmasına dəstək veriləcək.
-Reklam bazarı inhisarından qurtulacaq.
-Milli medianın dirçəlməsi prosesinə start veriləcək.
– Liberal medianın imkanlarının genişlənməsi mümkünə çevrilir.
-Ölkədə fəaliyyət göstərən xarici KİV-lərin belə sərhədləri və davranışları müəyyən ediləcək.
Təbii bu qaydalar çox üçün sərfəli deyil. Ələlxüsus, kənar siyasi maraqlara qulluq edən siyasi mediaya, küçə reportyorları və himayəçilərinə. Həmçinin mediatik fərd və quruluşları saxlamaq üçün ölkəyə qanunsuz maliyə axıdanlara. Və köhnə qaydalara sadiq olanlara.
Sirr deyil, ölkədə milli medianın məhvi ona gətirib ki, şimala, cənuba, Avropaya, Qərbə, hətta erməniyə, konkret sekta və ya siyasi fondlara belə yönələn media quruluşları və simaları var. Bu qanun həm də onların fəaliyyətini məhdudlaşdıracaq.
Bir sözlə xırda dəyişiklikləri gərəkdirsə də yeni qanun milli media maraqlarına hesablanıb. Qalır o ki, qətiyyətlə icrasına imkan verilsin. Bu prosesə maneələr aradan qaldırılsın.
Üstəlik indiki situasiyada, Qarabağ ətrafında bu qədər səs-küylü durumda, milli medianın dirilməsi həm də dövlətin maraqlarına böyük xidmət sayılacaq. Çünki dünyanın heç bir mediası Azərbaycanı, onun maraqlarını bir azərbaycanlı jurnalist qədər sevə, müdafiə edə, haqlı yola çıxara bilməz. Bu həm də gen, milli təəssüb məsələsidir.
Yeri gəlmişkən, Qarabağ savaşı dönəmində Azərbaycan Prezidenti İlham Əliyevlə yabancı həmkarlarımızın müsahibələrini xatırlayın, hər birində, məhz təmsil etdiyi dövlətin milli maraqları var idi. Peşəkar media həm də budur. Dövlətinin milli maraqlarını bilmək, onu hiss etdirmədən, peşəkarca qorumaq, danışmaq.
Deməm o ki, bu ölkə üçün vacib, amma eyni zamanda ağır proses və yolçuluqdur, tanrı utandırmasın.
Jalə Mütəllimova
11.12. 2021.

Reaksiyanız necədir?

Əlaqədar yazılar

1 of 138