Jalebloq.az

…Milli Şura və AXCP-dən görünənlər…

KÖŞƏ

…Milli Şura və AXCP-dən görünənlər…

…və ya köhnə hamam, köhnə tas…

On dörd ildən sonra gəldilər, özlərini bir də təqdim etdilər. Hamı da gördü…

…Bir Milli Şura və AXCP var, dünya yenidən bölünür, onların iyirmi ildir ki, nə imicləri, nə yanaşmaları, nə düşüncə tərzləri dəyişmir. Gələk ona ki, kimi var, kimi yox Milli Şura və AXCP-də…

…Gözəl Bayramlı var, xaricilərin burda çalışdırdığı KİV-lərə pul daşıyırdı deyilənə görə, indi Gültəkin Hacıbəylidən küsüb. Daha doğrusu Gültəkin Hacıbəyli gələndən o reytinqdən düşüb. Yəni ki, təzə ay çıxıb, köhnəni doğrayıb ulduz eləyiblər…

…Bir Fuad Qəhrəmanlı var. Arvad-uşağı əlindən dad eləyirdi. Axırda da tutdurdular.

… Bir Əli Kərimli var, AXCP-nin sədri. İllərdir nə tərəfini, nə səmtini bildirmədi kimsəyə, amma missiyası hər kəsə bəlli…

Bir Sevinc var. AXCP-nin qeyri-rəsmi təmsilçisidir xarici kəşfiyyatda. Hərdən də ühhüü, ühüü eləyir efirlərdən…

Bir Gültəki Hacıbəylisi də var AXCP-nin. Əvvəl İlham Əliyev qışqırıdı, indi “azadlıq!”, Əli Kərimli qışqırır. Hərdən də yarımştat işçi kimi çalışır xarici ölkələrin Azərbaycandakı səfirliklərində…

Bir İbrahim İbrahimli də var, mən onu niyəsə istiqlalçı millət vəkili kimi də, sıravi cəbhəçi kimi də, milli azadlıq hərəkatının aktivistlərindən biri kimi də dəstəkləyə, güvənə, qəbul edə bilmirəm. O gün də efirdən gördüm ki,  boğazına tam sağalıb. Amma deyirdi qanıma qəltan eləyib boğublar məni…

Bir Tofiq Yaqublu bəy var…Seymur Həzinin qayın babası. Məhbəsdən çıxa bilmirlər. Birinci həbsdən də, ikinci həbsdən də qrantla azad olublar deyilənə görə…

Bir Nurəddin Məmmədli var…Cəmi bir dəfə Amerikaya gedib. İndi bütün fikirlərinə, mən axırıncı dəfə Amerikaya gedəndə deməklə başlayır…Əslində Amerikaya getməsə də, Amrikadan gələn havalara oynayanlardandır.

Bir Cəmil Həsənlisi var… Nə AXCP ondan imtina eləyə bilir, nə o AXCP-dən. Hamının gözündə yaxşı oğlan, professor, baba, müəllim, kişi olmaq istəyir. Biri də durub demir ki, professor, mümkünsüz. Hələ kimsə, nəsə demir deyə məqam düşən kimi AXCP-ni də, Əli Kərimlini də satır. Hərdən bir mandata, hərdən bir qranta, hərdən beş on mühazirəyə.

Biri də var… Nə isə çox uzun siyahı alınar elə burdaca dayanaq. Əslində demək istəyirəm ki, bu zehniyyətlə hakimiyyət, dövlət, rəhbərlik, böyük pulların idarəçiliyini istəyirlər. Bir də bir AZƏRBAYCAN var. Nəhəng dünyada, bir zərrə. Nefti, qazı və sovetlər dönəmindən qalma tək-tük vərdişləri, xüsusən də, təhsilə meyli olmasa bir zərbədə əzərlər. Hələ ki, alınmır, bir addım irəli atıb iki addım geri düşürlər. Nə deyək, həmişə bələ qalsınlar…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top