Jalebloq.az

Mükafatın “qovduğu” xof…

KÖŞƏ

Mükafatın “qovduğu” xof…

Ağrımırdım. Heç bir səhhət problemim də yox idi. Əslində mənə elə gəlirmiş. Həkimlərin təbiri ilə desək, ən qorxulu xəstəlik susan xəsətəlikmiş məyər.  Sənsə öz aləmində ağrıya biləcəyini ağlına da gətirmirsən. Amma an gəlir hər kəsin yükünü çəkib, fikrini etməyi bir kənara qoymaq lazım olur. Onda da kaş gəlməzdi deyirsən.

Sonra da düşünürsən ki, bir sınaq idi, keçməlisənmiş, Milli Onkoloji Mərkəzdən. O gün həm də kimin kim olduğunu bilir adam. Dostları, dar gündə başının üstünü kəsdirən adamları deyirəm. MOM-a müainəyə Gülər Əhmədova ilə getdim. MOM-un şöbə müdiri Sevinc xanım qısa söhbətdə mənə “nə lazımsa edəcəyik” dedi. Beləcə müainələrə başladıq. İlk müainəmi edən Könülü həkimi heç zaman unutmayacam.  Həyəcan təbilimi o çaldı. Daha ciddi müainəyə ehtiyac gördü. 

Mənim üçün bacardığını eləməyə çalışanlardan biri də o idi, sayın redaktorum Rauf Arifoğlu. Özünün İngiltərə aeroportundan təcili yardımla xəstəxanaya aparılmasına baxmayaraq, məndən narahat idi, həkim arayırdı. Çünki ilk ona danışmışdım vəziyyətimi. Ardıyca da iş adamı, ail dostumuz Mürvət Həsənliyə.

Azərbaycan Voleybol Federasiyası, mənim ailəmin üzvləri sayılan adamlar,  federsiya prezidenti, millət vəkili, Cavid Qurbanov, müavini Vəsilə xanım və Azərbaycan voleybolununun əfsanə adı Faiq Qarayev. Onlar həm də həyat yoldaşımın rəhbərləridir. Mən ən ağır günlərimi bu nəhənglər daxil, həm də ailəmin yaxını olan həmkarlarla keçdim. Hansı ki, yazılsa yazı adlardan ibaət olar.

Bir də millət vəkili Kəmaləddin müəllimin diqqətini unutmuram. Bakıda keçdiyim müainələri təşkilatçısı da deyə bilərəm ona.

Bakıda, MOM-da, daha sonra Türkiyədə, “Acı Badem”də, Cavid Qurbanov və Faiq Qarayevin dəstəyi ilə bütün müainələrin sonunda yoluma başqa bir həkim də çıxdı. Bakıda fəaliyyətini davam etdirən Ankara Tibb Unuversiteti məzunu, uzman cərrah Vüqar Bayramov. Məni ən sona, memuarlarına yazarsan deyib, gülümsəyən, sadə adam, əvvəlcə həkim, indi bir ömür vaz keçilməyəcək dost, özü demiş sağlamlığma cavabdeh adam.

Kimsə düşünər ki, niyə çoxdan yazılmalı olan bu yazı indi yazıldı. Düzünü deyim bütün bunlar mənim qorxularım, həyəcanlarım idi. Sevindiklərimi yaza bilmirdim. Hayqırmaq istəyirdim ki, insanlar və Allah birləşəndə həyatda bir Jalə Mütəllimovanın salamat qalması, yaşaması mümkün olur. Birliyin son dərəcə gözəl yaşantı olduğunu ifadə eləyə bilmirdim. Bir şad xəbər hər şeyə təkan oldu. MOM direktoru Cəmil Əliyev, həyatda olmam üçün Bakıda əlindən gələni edənlərə o ciddi tapşırıq verən adam, çox böyük bir mükafata layiq görülüb. mişdi. Əks halda nə müainə olunar, nə də o diaqnozdan xəbərdar olardım. Söhbət hansı xəbərdən gedir?! BMT-nin “Elm və sülh” fəxri mükafatı alıb.

Səhhətiimdəki ciddi problemdən zamanından çox-çox qabaq xəbər tutmuşdum onun və kollektivinin sayəsində. Xəstəliyimin xərçəngə keçməməsi üçün məni bütün müainələrdən keçirən, prosesə şəxsən nəzarət etdiyini bildiyim əziz Cəmil müəllim, sizi təbrik edirəm. Çox sevinirəm ki, mənim kimi səhhətinə diqqətsiz insanların sizin kimi həkim dostları var Bakıda…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top