Jalebloq.az

Naqisliyin Vidadi “zirvəsi”…

KÖŞƏ

Naqisliyin Vidadi “zirvəsi”…

O ifadələri kişi olmasi bir yana dursun, siyasi iddiası olan adamın dilinə gətirməsi iyrəncdir. Həm cəmiyyət, həm insanlıq, həm də Azərbaycan adına.

Sonuncudan başlayaq. Ona görə Azərbaycan adına ki, bu adamlar özlərini dünyaya azərbaycanlı kimi təqdim edir.  Amma Azərbaycan dilində və Azərbaycana qarşı, Corcun, Nikolayın, Dimitrinin, hər kimdirsə bizdən, yəni Azərbaycan dövlətçiliyindən yana olmayanların dəstəyi ilə  savaş açır.

İnsanlıq adına ləkədir o üzdən ki, insanların zaman-zaman dərdləşməyə, sirrini söyləməyə, bəlkə də mənəvi dəstək almağa arxa, dost bildiyi birinə ehtiyac olur. Günlərin birində nəsə baş verir, ara pozulur, münasibət sərinləyir və məlum olur ki,  ikisindən biri (bəlkə elə ikisi də) o dərdləşməni, “səmimi söhbəti” yazıb, çəkib saxlayır və öz məqsədinə nail olmaq üçün ictimailəşdirəcəyi barədə qarşıdakını şantaja başlayır.  

Cəmiyyət adına ona görə ki, bu adamlar müasir İT sistemlərində istifadə edib ictimai xadimliyə iddialıdırlar. Hətta, hakimiyyəti devirmək, hakimiyyətə, vəzifəyə gəlmək kimi niyyətləri var. Amma bir qəpiklik mahiyyətləri, dəyərləri yoxdur. Sadəcə indilik kiməsə, nəsə qarşılığı lazımdırlar, özlə, o üzdən özlərini satırlar.

Sabiq vəkil Qurban Məmmədovla, Vidadi İSgəndərli arasındakı “razborkadan” başqa nəticəyə gəlmək mümkün deyil.  İkincinin birincinin ailəsindəki xanımlar haqda dediklərini dinləyə-dinləyə ayrı şey düşünə bilmir adam.

Bu adamlara baxdıqca bir də onu anlayırsan ki, onlar üçün vətən, sərhəd, mənəviyyat, əxlaq, ailə, mənlik, şəxsiyyət, vicdan deyə bir şey yoxdur. Vətən daxil hamını, hər şeyi satırlar, bu Eldar Mahmudovun “balaları”…

Söz arası: Yadıma düşmüşkən, deyirəm, keçmiş MTN-in, keçmiş başçısı Eldar Mahmudov özü getsə də yaxşı ənənən qoydu. Bala nə gördün, çək, skrin elə, yaz, saxla, güd, yəni dosye yığ, sabah gərəyin olacaq. Bu tip adamlar, əminəm, öz ailə üzvlərinin də dosyesini yığıb və harasa təhvil verməyə hazırdır, təki sərfəli qarşılığı olsun…

Adam bilmir ağlaya, ya gülə…Fikirlərin də “Ac həriflərin” dərvişi demiş, “haça-paça qalır”… Biz neyniyək, necə edək ki, bu adamlar, ya da adam görkəmindəki mənəviyyat quzğunları ölkənin, onun ail şəxsinin üzərindən iyrənc caynaqlarını götürsünlər…

Vidadi İsgəndərliyə sual eləmək lazımdır ki, bu ağıl, bu qabliyyət, bu zehniyyətlə nəyə və niyə iddialıdır? Özü öz əxlaqını özlüyündə müzakirə eləyirmi? Müzakirə eləyirsə özünə neçə qiymət verir?  Hansı mənəviyyatın, əxlaqın sahibi olduğunun ümumiyyətlə, fərqindədirmi? Hansı kişilərin kimin ailəsinin qadınlarını necə sahiblənəyəci barədə cüzi də olsa təsəvvüürü varmı? Bu elətdirəcək qədər mənəviyyatsızlıq zirvəsinə çatmaq üçün nələr edib?  Düşünürmü ki, onun əxlaqda, mənəviyyatda, ailə dəyərində olan insanların Azərbaycanda hakimiyyətə və ya vəzifəyə gəlməsindənsə, Azərbaycan batsa yaxşıdır? Və ümumiyyətlə, bu məxluq düşünürmü ki, bir kişinin, digər kişiyə danışdığı dərdlərini, qayğılarını ictimailəşdirib, edilən əxlaqsızlıq, təkcə əxlaqsızlıq deyil, həm də nakişilikdir?…

Düşnürəm bu suallara mənəviyyatın və əxlaqın “M”-dan bixəbər olan birinin verəcək biədəb cavabı artıq vardır. Söyüşünü indidən eşidirəm…

…Və deyirəm ki, bütün keyfiyyətlərin iki tərəfi vardır, bioloji və mənəvi. Bioloji, yəni fiziki göstəricilərinə görə kişi olan hər adama xaraktercə də kişi deyilməz. Kişilik təkcə fiziki göstəricilərlə bilinməz, Vidadi İsgəndərli, həm də xarakterlə üzə çıxar.  Və elə qadınlar var ki, sizin kimi xaraktersizlərdən, on min dəfə yaxşı KİŞİdir… O üzdən xarakterli kişiləri demirəm, elə o KİŞİ olan qadınlardan öncə bircə kurs kişilik dərsi alın. Və olmayan xarakterinizdən-kişiliyinizdən ona buna dərs keçməyin. Ölkənin liderinə onun ailəsinə heç keçməyin.

Özümə gəlincə, sizin azərbaycanlı olmağınız da, azərbaycan dilində danışmağınız da, Azərbaycanın üz qarası olmanız da, vətən xainliyiniz, vəzifə iddialarınız da adamı bir alayı cür ağrıdır. Nə deyək, sizin kimi psixolojisi və mənliyi pozuq “azərbaycanlıların” islah olunacağı günü səbirsizliklə gözləməkdəyik…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top