Jalebloq.az

Ölümlə təhdid…

KÖŞƏ

Ölümlə təhdid…


Media fəaliyyətim dönəmində bir neçə dəfə ölümlə üz-üzə olmuşam.

Birincidə, hələ mərhum Heydər Əliyevin hakimiyyəti dövrü idi.  Nüfuz sahibi olan birinin cinayəti haqda “Azadlıq” qəzetində yazmışdım, həbs edilmişdi. Səhəri qardaşı üstümə silahlı basqın etmişdi, çox qorxmuşdum…

İkincidə, qəzetə reportaj hazırladığım məhkəmə prosesində ittiham olunan şəxslə bağlı məhkəmə qərarı ilə razlaşmayan proses iştirakçısı cinyət törətmişdi. Məhkəmə heyətinin və proses iştirakçılarının gözü qarşısında qardaşının ölümünə səbəb olan adamı qətlə yetirmişdi. Donub qalmışdıq, dəhşətli gün idi. İnsan xırıltısı, insan qanı üzərindən məni məhkəmə mühafizəçiləri çəkib çıxarmışdı..

Sonra bir cinayətkarın əlindən halqası çəkilmiş qumbaranı almaq üçün DİN-nin reallaşdırdığı əməliyyatın tən ortasına düşdüm, ta sonacan çıxa bilmədim ərazidən. Bu da qorxunc idi…

Dahasını demirəm, çünki bu günki Azərbaycan olmaq üçün çox dəhşətlərdən keçmişik, dövlət millət, media olaraq.

İndi bölüşmək istəmədiyimiz, bizim olan, satmaq istədiyimiz neft, qaz sərvəti, tranzit ölkə olmağımız başımıza bəladır. Bu üzdən hansısa xırda vəzifə adamından narazı olsanız belə dövlətinizin qarşısında deyil, yanında olun sevgili həmvətənlər.

Bütün bunlar niyə yadıma düşdü deyə soruşsanız, deyim bilin. Bu gün xaricdə oturub da, Azərbaycana qarşı çıxışlar edən “azərbaycanlılar”, hamını kütləvi etirazara, aksiyalara səsləyir. Gedin, ya da getməyin kimi yol göstərmək niyyətim yoxdur. Hər kəsin düşünmək, seçim etmək bacarığını aşağılamaq olar bu. Sadəcə demək istədiklərim var. Məsələn, dövlətin qulluğunda duran, bir polis rəisini, bir hərbiçini və ya həbsxana rəisini ölümlə təhdid edən admlarla bir yolu yürümək olarmı?!.. Cavabda və mövqedə də hər kəs sərbəstdir!.. Söyməkdə olduğu kimi. Amma bir məsələni də unutmayaq,  davranış həm də tərbiyə göstəricisidir.

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top