Bütün yazılar
Azərbaycana olan terrorçu “Mehr”ləri …
…Terrorçulara dost jurnalistlər Prezidentin mətbuat konfransına niyə və necə düşüb? Prezidentin dörd saatlıq mətbuat konfransında Iranın ikinci mühim xəbər agentliyinin, “Mehr”in əməkdaşının provakasiya dolu sualını hələ kimsə unutmayıb yəqin. Xanım jurnalist Azərbaycanın Qarabağ savaşına muzdlu döyüşçü cəlb etməsi barədə sual verib. Prezidentin konkret məlumat istəməsindən…
“Osmanqızı TV” niyə “Azad söz”lə əvəzləndi?!
Bəzən belə olur, hər şeyi bilə-bilə intellektdən dibə endirirlər. Yəni daha normal dura-dura, daha anormala, qeyri-müəyyənə sarılırlar. El dilində təxminən belə ifadə olunur bu durum: İşinə xatir, erməniyə “dayı “ demək. Siyasi dildə dəifadəsi var əl dəyişmək. Yəni yeni mərhələdə, yeni başlanğıclarda yeni müəmmalı rəhbər…
Azərbaycansayağı “feminizm” … …və ya azərbaycanlı qadının şərəf məsələsi qrant siyasətində…
Bakı küçələrində səslənmirlər, bağırırlar ki, “qadın qətilləri siyasidir”. Kim? Bəli, onlar, “milli feministlər”. Belə baxanda düz deyirlər, qadın qətilləri siyasidir. Niyə? Izah edirəm. Dövlətləri zəfiglətmək, hakimiyyətləri yıxmaq üçün bəlli vasitələr var. Biri siyasi dildir. Danışıq, görüşmə, müzakirə yolu ilə baş tutar. Digəri iqtisadi, informativ, psixoloji…
LGBT və islam fanatları…
Bizim qızıl ortamız varmı?!.. Sizə iki mənzərə təqdim edirəm… İkisinidə də “baş rolda” Azərbaycan qadınıdır. Birini qapqara çadraya bürüyüblər, hansı ki, islamı gözdən salmaq üçün ingilislərdən gəlmə metod sayılır. Tarixən monastır qadınlarının geyimidir. Bəllidir ki, islamda qadın örtük geyimlərinin rəngi boz və bəyaz olub. İkincisində…
Zəngəzur Muxtar Respublikası hələ ki, teleqram kanalda… …Ermənilərin informasiy savaşında yeni mərhələ…
Prezident İlham Əliyev ustad Aşıq Ələsgərin 200 illiyinin dövlət səviyyəsində keçirilməsi haqda sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, əzəli Azərbycan torpağı olan Göyçədə aşığın əzəmətli abidəsi ermənilər tərəfindən dağıdılıb. Prezident elan edib ki, dağıdılmasına rəğmən, bütün milli-mənəvi sərvətlərin şürumuzda yaşaması, onun geri qaytarılması üçün birinci…
Bir daha Əfqan və Poladın məhkəməsi haqda…
İki məhkəmə prosesi haqda yazı yazmışam, Əfqan Sadıxov və Polad Aslanovun məhkəmələri. Demişəm, bu adamların arvadları deyir ərimiz günahsızdır, siyasi məhbusdur. Demişəm, açın istintaq sənədlərini, DTX, RP, DİN. Jurnalistlərin və hətta ölkədə qanunsuz fəaliyyət göstərən, müxbirlər saxlayan anti-Azərbaycan mövqeli, mərkəzi ofisləri xarici ölkələrdə olan KİV-ləri…
“”Mehr” müxbiri” əməliyyatını kim təşkil edib?.. “Çadralı məmuru” tapın…
…Hadisə baş verən gün, yəni Azərbaycan Prezidenti Ilham Əliyevin iranlı jurnalistlə zaman etibarı ilə rekord qıran mətbuat konfransındakı mübahisəli qısa söhbətlərində belə yazdım: “Sual çadrasız və prespektivə hesablanmış idi. Böyük Turan nədir, bəzi dairələr yaxşı qanır. Prezidentin verdiyi xilas şanslarını da dəyərləndirilmədi xanım jurnaliat. Niyə?…
XO-CA-LI: Bəşəriyyətə qarşı CİNAYƏT…
“Xocalı soyqırımı, mülki əhalinin kütləvi qırğını kimi dünya tarixində dərin iz buraxan Holokost, Xatın, Songmi, Liditsa, Babi Yardakı soyqırımlarının eynisidir” Moldovanın tanınmış politoloqu, tarixçi alim Vitali Andreyvski. …Xocalı haqqında cəmi bir dəfə yazmışam. O da Xocalıdan necə çıxıdıqları barədə müfəssəl danışan iki nəfərərin xatirəsi…
Niyə küsdülər?..
Sevinc Osmanqızının fəaliyyəti heç zaman Azərbaycan dövlətinin maraqları ilə uyğun olmayıb. Təkcə onu yox, onlarla belə sevinci Azərbaycana qarşı kim döndərib bu da bir sirri-xudadır əslində?!.. Yaxşı xatırlayıram Sevincin Azərbaycanda layihəsi əlində görüşlər keçirdiyi, sponsor aradığı günləri…Etmədilər, o da belə getdi…Əslində getməməliydi, incik salınmamalıydı, buna…
Polisin silləsi əslində dövlətə dəydi…
Polis dövlətin onurğa sütunlarından biridir. Ona qarşı edilən bütün hücumların mahiyyətində təbii ki, həm də Azərbaycan dövlətçiliyinə zərbə vurmaq dayanır. Yəni polis də insandır. O söyüldükcə, ailəsi, sevdikləri təhqir olunduqca, o da bezə, nifrət edə, nəhayət ki, çəkilə bilir. Bu adi insani psixoloji durumdur. Nə…
Söyüş müxalifəti və blogerləri ilə nə baş verir?..
Bir neçə gün öncə idi birini dörd güllə ilə “öldürmüşdülər”. Hətta xəbəri mühacirətdə olasa da Azərbaycanda tanınan şəxslərə istinadən təsdiq də eləmişdilər. Sonra məlum oldu ki, xəbər fake imiş, yəni yalan. Amma son günlər yenə belə xəbərlər gündəm olmaqdadır. Bu yazıda təqdim edilən şəkildə gördüyünüz…
“DİLƏNƏCƏKSƏN”
Bizim dövlət başçımızın, Ali Baş Komandanımızın, Prezidentimizin mütləq bir dərviş Abdalı olmalı. Ona bu ölkənin alt qatındakıları real çatdıran birini nəzərdə tuturam. O “dərviş adam” və ya adamlar, o qrup yoxdur. Ona görə nəticə bu günkidir. Nə qədər ki, bütün sahələrdə yaxşıları, vətənpərvərləri, dövlətçi, millətçi…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more