Bütün yazılar
Putin və Ataş…
Moldova rus hərbi kontingentini ölkədən çıxarmaq məsələsini gündəmə gətirib. Putin də deyir Moldovanın rəhbərliyinə uğur diləyirəm. Amma o, Moldovaya rəhbərlik edir, özü də Rumıniya vətəndaşıdır. Bəlli siyasi gücün təmsilçisidir (Sorosa sataşır-red). Və davam edib, biz orada sülh görmək istəyirik, dialoq görmək istəyirik… …Adam sənə nə?…
Qoymayın Azərbaycan sosialdan “vurulsun”…
Kimsə çoxdan danışmayan, həmişə harasa pərəstliyi ilə tanınan “ölü” siyasi canları dirildir. O canlar ki, illərdir Azərbaycanda susmuşdular. Çünki Qarabağ işğalda, Rusiya Cənubi Qafqazda və dünyada rahatda idi. Indi vəziyyət dəyişib. Rusiya narahatdır. Azərbaycan hələ də çalışır ki, dost münasibət davam etsin. Hegemon razı deyil….
Müəllimi seçkidən uzaqlaşdırın…
Səksənlərdə məktəbli idim. Ən çox da tarixi sevirdim. Bir rüb onuncu sinifdəki dostlardan birinə verdim kitabımı. Buraxılış imtahanı idi onlarda və aşağı sinifin tarix kitabları Rusiyada çap olunurdu deyə tapılmırdı, sayla gəlirdi ölkəyə tarix dərslikləri. Nə isə, tarix müəllimim Seyfi Xəlilov peşəsindən və xarakterindən dolayı,…
Arqumentləşdirilmiş qara piar: Qarabağa köçməyin!..
Mən “Azadlıq” radiosunda çalışmışam, düz dörd il. Tənqidi mövzularda sonsuz sayda danışmışam, yazmışam. -Erməni separatçıları. -Erməni terrorçuları. -ASALA. -Xocalı soyqırımı. -Quba, Şamaxı, Bakıda ermənlərin törətdiyi qırğınlar. -Işğal altında olan Qarbağ. -Erməni qəsbkarları. …və daha otuzdan çox belə ifadə… Bunlar qadağan idi. Amma yenə də nəyisə,…
Azərbaycan ordusunun qara piarını kim aparır?..
Azərbaycan ordusu əleyhinə qara piar aparılır. Ağlıma gələn bütün variantları yazmağı düşünürəm. Ola bilər, Müdafiə Nazirliyində köklü islahatlar aparılsın. Sirr deyil 44 günlük vətən müharibəsi dönəmində ciddi problemlər üzə çıxdı. Buna qədərsə illərdir Nəcməddin Sadıkovla “savaş” olub. Hələ də davam etdiyi istisna deyil. Digər məqam,…
Suallı xəbərdarlıq…
Los-Ancelesdə ermənilər “Asbarez” adlı qəzet buraxır. Qəzetin son saylarında ASALA fəallarından biri Azərbaycana qarşı kütləvi qırğın silahlarından istifadəyə çağırış edib. Stepan Altounyan adlı həmin erməni, bunu, Ermənistan hökuməti qarşısında tələb kimi qoyur. Deyir elə etməlisiz ki, Qarabağda erməni azərbaycanlılar heç Bakıda da siniri sakit olmasın….
Rəhbərə yaltaqlanmaq yox, vətəndaşı dövlətçi etmək lazım…
Adam şəhidin ailəsinə necə deyər ki, koronadır, çıx get… Adam şəhidin ailəsinə necə deyər ki, oğlun min manat alanda yaxşı idi, öləndə pisdir?.. Yeri o yana… Adam necə şəhidi bükməyə bayraq göndərməz ailəsinə… Ucar xanı Mansuru, Tərtər xanı Müstəqimi mən başa düşə bilmirəm… …Hə, guya…
Dusya kimi Rusiya… …və ya “Arayiki qucaqlama əməliyyatı”…
Sirr deyil, Rusiya yaraşıqlı qadınları ilə populyar ölkədir. Yəni naz, qəmzə və sairlə nəyə desən nail ola bilənləri xeylidir. Məsələn, bir Dusya təsəvvür edin, olsun lap Nikolay adlı dostu ilə. Bir gün Nikolay varır gedir evinə, Dusya da qalır arxasıyca baxa-baxa və hirsindən gedir kimi…
Rusiya və ruslarla bundan sonra necə davranaq? Musavat TV-nin efirində müzakirə
Qarabağdan “iki addım” geriləyən RUSIYA…
…və ya Dağlıq Qarabağda Azərbaycan humanizminin son pərdəsi… Pribaltika respublikaları hələ sovetlər dönəmindən Rusiya ilə məsfəli olub. Yəni Rusiyaya məcbur qalıblar zamanında. Bu günlərdə ABŞ silahlı qüvvələri Riqada hərbi bazasının rəsmən fəaliyyətini elan etdi. Qırğızıstan mübahisəsiz əldən getdi. Gürcüstanda vəziyyət bəlli. Ermənistan Sorosla əməkdaşlıqdan dolayı…
Bir bənddən Türkmənçaya qədər nigaranlıq və ya hədə-edam… Fransa-İran “dostluğunun” ikinciyə nə vəd edir?
İranın rəsmi xəbər agentliyi “İRNA” , “Amad News” xəbər portalının rəhbəri Ruhulla Zamın edam xəbərini yayıb. Ruhulla Zam əslən iranlıdır. Həbs edilmə səbəblərindən biri kimi siyasi mövqeyi əsas gətirilirdi. Daha dəqiqi o, İranda 2017-ci ilin dekabr, 2018-ci il yanvar etirazlarını fəal işıqlandıran jurnalistlərdəndir. Qeyd edək…
Anti-terror əməliyyatı… və ya gözünüz dövlətdə olsun…
Qəribə və maraqlı yanaşma var. Bilmirəm bu bilməyərəkdən səbirsizlikdir, ya bilərəkdən ərköyünlük. Özü də bunu edənlərin əksəriyyəti ölkənin bir neçə sahədə çalışan brendləşmiş adlarıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya öz təşəbbüsləri ilə səfər edib tərs sillə “yeməsindən” bir qədər əvvəl, diversiya qrupu işğaldan azad…
Icra başçıları…ay icra başçıları…EŞIDIN!
Günlərdir vəziyyət belədir, yaralı qazi deyir, mənə baxan yoxdur, icra hakimiyyətindən gələn yoxdur… Şəhidin şəkilini başçı çıxarıb qoyur qırağa ki, mənzərəni korlayır… Günlərdir balamı axtarıram, tapa bilmirəm… Ağlayan şəhid anasına deyir, dayan də, söz danışmalıyam… Şəhidlik statusu almaqda problem yaşayan da olur.. Şəhid atasına deyir,…
Dağlıq Qarabağda informativ dağınıqlıq…
Azərbaycan Dağlıq Qarabağı bir neçə mərhələdə azad edib. Ərazilərin bir qismini hərb yolu ilə açıq-aşkar azad etdi. İkinci hissədə, zaman verməklə. Üçüncü, rəsmi elan edilmədən, məsələn Xocalı, Ağdərə, Xan kəndi və sair. Hazırda bundan sonradı, Dağlıq Qarabağ, Azərbaycan, Cənubi Qafqaz bölgəsi Azərbaycanın ciddi siyasi-hərbi…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more