GÜNDƏM

Paşinyanın Sevinci var, bəs sizin Sevinciniz kimdir, cənablar?..

Osmanqızı TV və rəhbəri Sevinc Osmanqızı atasını ermənilərin qətl etdiyini unudaraq, Ermənistanın baş nazirinin Azərbaycanda prezident olmamasına təəssüfünü bildirib.
Belə praktika var. Düzü dedim bəlkə montaj olar. Nə qədər dövlətə nifrəti olsa da adamın atasını ermənilər qətlə yetirib, belə deyə bilməz. Sonra bilindi ki, belə deyil. Bu qız o sözü deyib. İndi baxıram ki, söyən kim, tənqid edən kim. Yəni kampaniya başlanıb. Bu həm də o demək ki, ölkə mediası də yazım, fondundan çıxa bilmir. Odur ki, düşündüm ki, yazmaq lazım. Sakit, səbirlə, təmkinlə, dövlətinə, peşəsinə sevgi ilə.
Gəlin Sevincin qadın cinsindən olmasını kənara qoyaq və düşünək. Daha doğrusu düşünün. Ermənilərin, min türlü ələ saldığımız, klon dediyimiz Paşenyanın, ABŞ-ın müxtəlif dairələri, müəmmalı müqavilələrdən gələn parası ilə saxlanan, üstəlik Azərbaycanda bəlli tamaşaçı auditoriyası olan Sevinc Osmanqızı adlı, peşəkar ələmanı, jurnalisti var. Bəs sizin necə, o səviyyədə, o həddə, o hüdudda, amma Azərbaycan maraqlarından çıxış edən Sevinciniz varmı? Hanı o səviyyədə yetişən və təmin olunan müəllifiniz ki, yarınaraq yox, faktoloji əsasla, Sevic Osmanqızının mənən və faktlarla “onurğasını qırsın”.
Sevinci ölkədən qanunsuz qaçanda da, anti-Azərbaycan mövqelərinə görə də dəfələrlə tənqid etmişəm. Trolların, bəzi aqressiv qurumların onlayn hücumlarına da məruz qalmışam buna görə. Elə bu mövqeyindən dolayı da Sevincə sözümü yazmışlardanam. Amma və lakin tənqidlə söyüş, həmişə çıxış yolu deyil. İş görmək lazımdır, iş. Necə?
Əvvəla deyim ki, indi belə qəribə, amma dəb ifadə var, kadr yoxdur, adam, yoxdur. Yalnış yanaşmadır. Niyə yoxdur, var. Sadəcə onları görmək lazımdır.
Bir də kimisə söymək, qara piarını aparmaq zaman alır. Yönəlmək lazım ona ki, bu dövlətə, xalqa peşəkar və vətən sevgisi ilə dolu satılmamış, xəyanət bacarmayan, amma savadlı, ağıllı və məqamı gələndə sözü diri, dik, sevinclər yetişdirmək lazımdır. Daha doğrusu onlara imkan vermək lazımdır.
Bu arada məmləkət məsələlərini danışmaq üçün dünyada tanınan imzalarla da dostluq etmək olar. Amma onları necə deyərlər deşifrə eləmək olmaz. Bunun bir variantı da özündə brendlər, peşəkarlar yetişdirmək, onlara meydan vermək lazımdır. Və bu nə qardaş, nə dost ölkədən olanları seçməklə olmamalı. Öncə özündə olanlara dəyər verəcəksən. Öz dövlət və millətindən olan imzaları yaratmaq, brendləşdirmək, olanlara qayğılı davranmaq gərəkdir. Daha sonra sevinclər yetişdirmək üçün ciddi layihələrin icrasına start vermək gərək, vəssalam!
Yoxsa Bakıdakı başqa Paşenyan uşaqları da soruşacaq və məsxəeəyə qoyacaq bir gün ki, Paşenyanın içinizdə Sevinci var, bəs sizin Sevinciniz kimdir, cənablar?!. Sevgili dövlətimi və sektorumu aciz görmək istəməzdim bu suala cavabda.
Odur ki, gəlin hamımız düşünək.
Jalə Mütəllimova
10.12.2021.

Reaksiyanız necədir?

Əlaqədar yazılar

1 of 138