Jalebloq.az

Payız islahatındakı mesajlar…

KÖŞƏ

Payız islahatındakı mesajlar…

Prezident İlham Əliyev illərdir dəyişməz, sabit qalan komandanın tərkibini demək olar ki, tərsinə çevirdi. Bu ilin oktyabrında baş verənlərə, şərti olara “payız islahatları” adını da qoya bilərik. Bu islahatlar həm də onu göstərir ki, ölkə başçısı məqamı gələndə hər kəsdən daha yaxşı və daha sərt müxalifətdir. Gələk ona ki, baş verən bu proseslərdən hansı qənaətlər çıxarmaq mümkündür? Bunlardan birincisi,

-Heç kim vaz keçilməz deyildir. Hər kəsin bir gün gedişi mümkündür, gözləniləndir;

-Azərbaycanda oktyabrdan başlayaraq ciddi kadr islahatlarına start verilib;

-Dövlət başçısı ölkədə baş verən bütün problemlərdən xəbərdardır və uzun müddət səbr nümayiş etdirib ki, bəlkə hər kəs üzərinə düşən məsuliyyətin arxasında durdu;

-Prezident siyasi iradə nümayiş etdirərək “islahatlar dönməzdir” deməklə, hər kəsə növbəti xəbərdarlıq etdi və qərarlarını elan elədi;

-Yaşlı nəsil məmurlara baş nazirin iki müavininin işdən azad edilmələri barədə ərizələrini cəmiyyətə və komanda yoldaşlarına nümunə kimi təqdim etdi;

-Çox ciddi siyasi fiqurlar hakim komandadan uzaqlaşdıraraq, baş verənlərə siyasi oyunbazlıq donu geyindirilməsini qeyri-mümkünə endirdi;

-Kadr islahatları struktur islahatları ilə müşaiyət olundu, bunu davamında sosial problemlərin həlli mərhələsinə start veriləcəyi də qaçılmazdır;

-Müsaj verildi ki, mərkəzdəki dəyişikliklərin ardınca növbə yeri icra orqanlarına çatacaq;

-Dövlət rüşvətxorluqla ciddi mübarizə aparacaq, nəhayət ki, hər şey konkret adamlara deyil sıravi vətəndaş və dövlətin gələcəyi üçün nəzərdə tutulacaq;

-İş adamları və fermərləri sıxışdıran yerli icra orqanları və iri məmurlar cəzalandırılacaqlar.

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehtiyevin, AMEA-nın prezidenti Akif Əlizadənin, baş nazirin iki müavini, Hacıbala Abutalıbov və Əli Həsənovun istefaya göndərilməsi, iqtisadi İnkişaf naziri, hökumətdə işgüzarlığı və praqmatikliyi ilə seçilən az sayda nazirlərdən Şahin Mustafayevin baş nazirin müavini postuna təyin edilməsi, eyni zamanda struktur dəyişikliyi edilərək iki nazirlik, üç komitə və xidmətin birləşdirilərək İqtisadiyyat Nazirliyi yaradılmasın, qurumun başına sabiq vergilər naziri Mikayıl Cabbarovun gətirilməsi belə düşünməyə əsas verir. Eyni zamanda yaranmış mənzərə komandada ən güvənilir adamların kimliyini aydın görməyə də əsas verir. Faktiki olaraq Mikayıl Cabbarov hökumətdə super nazir statusu qazandı.

Ayrica, iqtisadiyyat nazirliyinin tərkibinə birləşmələr çox mühüm struktur islahatıdır. Bu islahat iqtisadi idarətməni asanlaşdıracaq. Mikyaıl Cabbarovun ilk olaraq İşəri Şəhərdə, daha sonra Təhsil Nazirliyində, onun ardıyca Vergilər Nazirliyindəki işi, komandası və komandaya münasibəti göstərdi ki, “Azərbaycan hazır deyil!”, “Azərbaycanda mümkünsüzdür!” kimi stereotipləri dağılır. Və hər şeyin əksini etmək mümkündür. Bunun üçün qətiyyət, müstəqil qərar verə bilmə hüququ və bacarığının olması, persona olaraq qəbul edilən biri olmaq mühim şərtdir. Cəmiyyət dəfələrlə Cabbarovun vergidən yayınan nəhəng iş adamlarına sərt mövqeyinin şahidi olub, təhsil sistemindəki islahatlarından xəbərdardır. İndi qalır siyasi liderin ümidlərini yenilənmiş komandanın təkcə bir nazirinin deyil, bütün komandanın doğrultması və gerçəkdən də adamlara işləmək. O adamlarla ki, dövlət gerçəkdən onların dözümü, iradəsi və ən vacibi seçkidəki səsi üzərindən var olur!..

Jalə Metəllimova

Continue Reading
Bunları da oxu!
Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top