Jalebloq.az

Noyabr mitinqinə sözönü…

KÖŞƏ

Noyabr mitinqinə sözönü…

Mitinq-mitinq oynayacaqlar. Bu dəfə noyabrın ikisində. Yenə kiminsə başı yarılacaq, kimisə boğacaqlar, kiminsə qabırğası qırılacaq. Polislər nəinki məmləkətin, dünyanın ən ləyaqətsiz adamları sayılacaq və sair…Bu rişğənd deyil, bəhanələrin ardıcıllığıdır. Bəhanəni də ona yozmayın ki, tərəfkeşlik edirəm, əsla. Demək istədiyim o ki, biri olub deyir, biri olmayıb. Sən də sual içində düşünürsən, əcəba olub, ya olmayıb? Çünki sən hər iki siyasi düşərgəyə babat bələdsən. Nəyi oynayıb, nəyi bəhanə edəcəkləri qarşında gün kimi aydındır. Bir onu bilirsən ki, indi özün olmaq zamanıdır. Kimsəyə inanmayacaqsan, güvənməyəcəksən. Etirazın, tələbin varsa özün edəcəksən. Amma bu küçədə qışqırmaqla ediləməyəcək. Məsələn, mən fikirərimi demək üçün, tərəfsiz olmaq üçün heç bir TV-dən yer istəmədim. Düzümlə əyrimlə, mənfim müsbətimlə öz sözümü demək üçün, özüm videolarımı imkan daxilində peşəkar dostların dəstəyi ilə çəkirəm. İndi elə dövr, elə zaman ki, hədəylə, emosiya ilə nəsə həll olunmur. Nəinki Azərbaycanda, dünyanın heç yerində çox qışqıran adamları dinləmirlər, ya qulaqardına vururlar, ya da tapdalayıb keçirlər. Amma sözü elə demək mümkün ki, səni eşitsinlər də, səndən utansınlar da. Daha quraqardı və ya ayaqaltı olmayasan. Kimsə sənə “nə deyirsən əə…” deməsinlər?!.

…Nə isə qayıdaq mitinq oyununa. Ağızlarında şirə qalıb şəhərin mərkəzində, adamlar döyüləcək, söyüləcək, təhqir olunacaq, aşağılanacaq, həbs ediləcək və sair. Qazanan, səfirlikləri gəzən, xarici KİV-lərin efirlərini bəzəyən və adamların problemini əlində bayraq edən, başı yarılanlar, efirdə ağlayanlar olacaq, əsla və əsla millət qazanmayacaq. Fikir versəniz onlara nə realçılar qoşulub, nə müsavatçılar. Bu ona dəlalət eləyir ki, hətta müxalif düşərgənin özündə belə etibar edilmir AXCP-yə və onun rəhbərliyinə. “Niyə?” soruşsanız. Yaşı o günələr yetməyən, bu günlərdə ortalığa çıxan gücü söyüş intellektini yüksəltməyə sərf edilən bir qrup gənc üçün bu deyəcəyim daha maraqlı ola gərək.

Bu günki AXCP-nin başında duran rəhbərliyin illərdir qarşısına qoyduğu məqsəd nəhəng və sanballı bir müxalifət partiyasını dağıtmaq olub həmişə. Yəni başda mən deyiləmsə, ora dağılmalıdır, yerlə bir olmalıdır. Ta ki, mən baş olanacan. Əbülfəz Elçibəyin xəstələnməsi AXCP daxilindəki qrupun bu mənəmlik hikkəsinə çox ciddi dəstək oldu. Bəyin ölümü əllərinə əsas verdi ki, işlərini, siyasi bizneslərini qursunlar. Sonra vəziyyət təxminən belə oldu.  AXCP balaladı…Bir neçə partiya dünyaya gətirdi. Paramparça oldu böyük bir məmləkət adamının ən uğurlu əl işi. Onlar təkcə partiyanı viran günə qoymadı, həm də ölkənin nəhəng media quruluşlarından olar “Azadlıq” qəzetini yerlə bir elədilər. Bizim çoxumuzu yetişdirən böyük bir media quruluşu idi “Azadlıq” qəzeti. Ölkədə elektron media anlayışı olmadığı dönəmlərdə bir qəzet onlarla imza, yazar yetişdirdi. İndi diplometik nümayəndəliklərdə çalışanı, dövlət qulluğunda olanı, nüfuzlu xarici KİV-lərdə çalışanları, hətta onların rəhbər postlarını tutanlar var aralarında.O dönəm “Azadlıq”ın reportyorlarını şəhərdə gəzəndə də tanıyırdı xeyli adam. Bu böyük fəxr idi. Adamlar səni yazılı imzanın böyründə, o da bəzən qoyulan şəkilindən tanıyırdılar. Zamanında o qəzetin, hamımıza aid maliyyəsini istədikləri kimi mənimsəmələrinə də şəxsən şahid olmaqlığımız var. İndi səhifəsinə imzam qoyulanda sevincimdən az qala uçmaq istədiyim sevgili qəzetimə ürək ağrısı ilə baxıram və sayğıdan susuram.

Qayıdaq  AXCP-nin balaladığı partiyalara. Hansı ki, AXCP daxilindəki, xəyanətlərdən, riyadan və sairlərdən yorulan adamlar rəhbərlik etdi onlara. Ana AXCP-də çoxlu sayda ictimai simalar da yetişdirmişdi axı. Siyasət ona yönəlmişdi ki, Əbülfəz bəy dönəmindən partiyada nə qədər nüfuzlu siyasət adamı var, hamısı mərhələ-mərhələ uzaqlaşdırılsın. Asim Mollazadə, Qüdrət Həsənquliyev, Əli Quliyev, Əli Mustafayev, Əliməmməd Nuriyev, Əli Məsimov, Qulanhüseyn Əlibəyli, Fuad Mustafayev və sairlər. Arada bir mandata görə “satqın” adı alan professor Cəmil Həsənli də partiyadan getdi və sonra geri qaytardılar. Getdiyini də ört-basdır elədilər. İndi demək istədiyim o ki, sevgili vətəndaş, bu günki AXCP-dən hər şey gözlə, sənə sədaqətdən başqa. Bu arada anlamadığım bir məsələ də var. Onu deməsən olmaz. Fuad Qəhrəmanlı olayı ilə az qala tarix olacaq AXCP və onun rəhbərliyini mitinq olayları ilə yenidən dirçəltmək doğurdandamı lazım idimi? Və ya kimə lazım idi?! Əslində bu sualın da qismən cavabı var. Azərbaycanda bir çox şeylərdən qazanc edən, biznes qura bilən fürsətçilər var. Özü də iqtidarlı-müxalifətli hər iki düşərgədə. İndi diqqətlə qulaq asın əzizlər,sizə sözüm var. Çiyninin üstündə təkcə başı yox, həm də başında ağlı olan hər kəsin bunu düşünsün məncə. Bu gün mitinqlərdən yaxşıca dolanan, onu özünə qazanc yeri edən, bir topa adam var. Onlar dövlətdən incik, boğaza qədər problem içində olan adamlarda öz qazancları üçün yaxşıca istifadə edirlər. Siz siz olun o biznesi şaxələndirməyin. Çünki onlar həm də qaraguruhdur. Garagurunuh üsyan tələb eləmək, dağıtmaq və mitinq etməkdən savayı mübarizə yolu olmaz…

Jalə mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top