Jalebloq.az

Piketləmək…

KÖŞƏ

Piketləmək…

Nə rişğənd eləmirəm, nə sevinmirəm. AXVCP-nin piketinə baxıram. Adam elə bilir səksənlərin sonu, doxsanların əvvəlidir. Azadlıq şüarı səsləndirirlər…Adamlar hələ azad olmaqla, hüquqlarını tələb eləmək arasında fərqi görmürlər. Görmürlər yox, veclərinə deyil. Onlara lazım olan hüquq deyil. Haqqını alıb keçirə bilmədikləri aksiyanın, mitinqin qisasını almaqdır. Yoxsa “hələ on səkkizi mitinqinə icazə verməyin, görün biz nələr edirik!” hədəsi, dövlətin başında duran adama aşağılayıcı tonda müraciətlərin ünvanlanması niyə edilsin ki?!…

…Piketdən anladığım bir də bu oldu ki, AXCP-də ən səmimi adam elə Fuad Qəhrəmanlı imiş deyəsən. Onun da tıfağını dağıdıb partiyadakı rəsmi postundan qovdurdu arvad-uşağı. Yazıq qalıb ortada. İndiki statusu təxminən budur, qeyri-rəsmi sədr müavini. Məlum piketdə, adam əslində siyasi partiyanın rəhbəri funksiyasını yerinə yetirdi. Qalan liderlərin liderliyi efirlərdən başqa heç yerdə deyil. Qəstumunun yaxası medal üçün qəribsəyən Mayıf Qasım kimi, hakimiyyət üçün qəribsədiklərini efirlərdən qışqırırlar. Bu dəfə də elə oldu, boğazı yırtılana qədər piket bağıran AXCP rəhbərləri ortada yox idi. Piket onlar üçün balaca tədbirdir yəqin. Həm də həmişə belə olub axı, sıravi adamları, bir topa da arvadı önə verib, söydürüb, tutdurmaqla məşğul olublar. Kim əzilir əzilsin, əsas olan odur ki, bu əzilmişlərin fonunda çoxlu şax dollarlar qrant formasında adını müxalifət qoyanların cibinə girir.

Qaldı o ki, kimsə AXCP-nin əli və istəyi ilə siyasi komanda dəyişikliyini  istəyir ya yox? Bunun çox rahat izahı var.  

Məsələn, düşünürəm kimsə arvadını döyən, ailəsi kimlərləsə bakal toqquşduran,  evində min oyunlar oynanan birinin hansısa nazir kürsüsünü tutmasını istəməz…

Kimsə istəməz ki, onun parlamentində, xarici kəşfiyyatın pul qabısı olan biri deputat olsun…

Kimsə istəməz ki, ailə üzvləri xaricdə min hoqqa durxuzanlar hakimi-mütləq olsun məmləkətdə…

Kimsə istəməz ki, sədrini tiran adlandıran kimsə hansısa rayonda  icra başçısı olsun…

Kimsə istəməz ki, lap elə Güktəkin Hacıbəylinin simasında, natamam sindromlu biri hansısa dövləti kürsüyə sahiblənsin…

Yox istəyərsə, nə deyim belə cəmiyyətə belə müxalifət hələ yüngül cəzadır o zaman…

Hə, dönüb kimsə sadalayar ki, sən bizə nağıl danışma. Sadaladığın minuslar guya indi yoxdur. Əlbətdə var! Zatən onlar olmasaydı bu olanların böyük əksəriyyəti də olmazdı. Nə çoxdur müxalifətin hoqqalarına pul səpən qisasçı eks-nazirlər. Onlar arasından, Hüsenyqulu Bağırov, Ziya Məmmədov, Eldar Həsənov və Misir Mərdanovdan savayı kimdənsə səs çıxmadı.

Yəni var, bilirik. Amma bir məsələ də var. Biri var rəhbərliyə ucdantutma  natamam adamlardan ibarət komanda gəlsin. Bir də var ki, mövcud komandada olan bir ovuc yarıtmaz məmuru təmizləyəsən. İkinci daha rahat variantdır. Hansı ki, bu gün dövlətin də bu təmizləmə işlərində böyük marağı olduğu hiss olunmaqdadır. 

Və bir məsələ daha,  son piketə baxıb, bir suala cavab versəniz hər şeyə aydınlıq gətirəcək. Əlli nəfərlik piketi idarə etməyənlər, on milyonluq xalqı və bütün dünyanın hədəfində olan Azərbaycanı, özü də milli maraqlarını əsas tutaraq, necə idarə edəcək?…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top