Jalebloq.az

Prezidentdən xəbərdarlıq: BİLİRƏM!..

KÖŞƏ

Prezidentdən xəbərdarlıq: BİLİRƏM!..

Və ya “boş qazanları” doldurmaq siyasətinə start verilsin…

Azərbaycan Prezidenti yanında iqtisadi müşavirə keçirilib. Müxaliflər dünəndən s(S)evinc-lidir. Üzlərində çiçəklər açıb. Bəs, mitinq təyin etmişik, o üzdən Prezident etiraflarda bulundu.  Lap tutalım elədir. Keç növbəti mərhələyə də, nə davakar uşaqlar kimi, tində dayanıb ay-ay-ay, məndən qorxdun, deyib barmaq silkələyib, diş ağatrmala məşğulsan qız?! Nə isə…Gələk müşavirəyə.

Prezidentin çıxışının bir neçə istiqaməti oldu. İqtisadi-siyasi, sosial-siyasi, media siyasəti, büdcə təşkilatlarının maliyyə oyunları, həm də komandadaxili münasibətlərlə bağlı xəbərdarlıqlar.

Başlayaq sıravi insanlara maraqlı olanından, sosial problemləri yaradan amillərdən. Prezident deyir ki,  

-korrupsiya və rüşvətxorluqla amansız mübarizə aparmalıyıq;

– bu mübarizəyə ictimai nəzarət güclü olmalıdır, insanlar belə hallar barədə məlumatları verməkdən çəkinməməlidirlər;

-aidiyyatı orqanlar bu prossesə ciddi nəzarət etməlidir.

Prezident deyir ölkədə

kadr islahatları aparılmalıdır, savadlı gənc işə cəlb edilməlidir;

-köhnə təfəkkürlə, gələcək olmaz;

-təbii resurslara bu qədər arxalanmamalıyıq;

-təmiz işləyən və gənc kadrların işi, apardığı dəyişikliklər o dəqiqə görünür, onlara toxunmaq olmaz.

Prezident deyir ki, mümkünsüz şey yoxdur, eləmək istəmədiyiniz, eləmədiyiniz şeylər var. Məslən,

vergi, sosial müdafiə işlərində dəyişiklik aparmaq heç cür mümkün deyildi, amma bəlli oldu ki, mümkün imiş.

Prezident deyir ki, bilirəm, islahatlara bu gün iqtidarda olan bəziləri mane olur. Yeni təfəkkürlü kadrları qaralayırlar, onlara böhtan atırlar, ləkələməyə çalışırlar.

Prezident deyir ki, mətbuatın müstəqilliyinə toxunmayın. Kompromat, reket mətbuatı yaratmayın. Media sektorunun müstəqil fəaliyyətini təmin etmək lazımdır. Media cəmiyyətin aynasıdır. Cəmyyətdə nə baş verdiyini ölkədə mətbuat olmadan aydın görə bilmərik.  

Prezident deyir ki, kompromat mediası üzərindən bir birinizlə müharibə etməyin. O, medianın yaxşı vəziyyətdə olmamasına diqqət çəkir. Komandasındakı məmurlara xəbərdarlıq edir: Ləkələmək, kompromat savaşı açmaqdan çəkinin.

Prezident son dərəcə sivil dillə söyləyir ki, təyin etdiyi kadrlarla belə davranmaq olmaz.  “Altdan-altdan belə davranan adamlarla biz, bir yolun yolçusu ola bilmərik”.

Prezident deyir, ortaya çox güclü siyasi iradə qoyulub.  “Heç kim bizə mane ola bilməz. Biz çox güclü Azərbaycan quracağıq”.  

Prezident deyir, büdcə təşkilatları dövlətə şişirdilmiş rəqəmlər təqdim etməsin. Biz bunu görürük, anlayırıq. Ancaq bundan sonra həm də araşdıracağıq.  “Soruşursan hardandır bu rəqəmlər?! Bəllidir! Şişirdiblər! O üzdən büdcələri təqdim edin, amma araşdırılıb başqa bir şey ortaya çıxanda, özünüz üçün yaxşı olmayacaq. Bunu edənlər cəzalandırılacaq”.

Bütün bu deyilənləri qeydə ala-ala adam bir də düşünrü ki, daha nə ve necə deyilsin ki?! Necə anlatmaq lazımdır,  məmləkətin siyasi problemi, müxalifət deyə bir problemi yoxdur. Çünki məmləkətdə sanballı müxalifət lideri qıtlığı mövcuddur. Amma və lakin məmləkətin son dərəcə ciddi məmur problemi var. Ya da bir qrup məmurun yaratdığı problem var deyək. O problem həll olunmayana qədər, insanların sosial narazılığı da günbəgün artacaq. Bu artıq dövlətə təhlükədir, siyasi hakimiyyətə təhlükədir. Böyük Süleyman Dəmirəlin möhtəşəm, həm də təcrübədən doğan bir fikri vardı. “Boş qazanların yıxmayacağı iqtidar yoxdur”. Bunu unutmayın cənablar. O üzdən indi Prezidenti dinləyib iki yoldan birini tutmaq lazımdır. Ya ölkədəki bütün “boş qazanları” bir-bir tapıb doldurun. Yəni problemləri, sürətlə həll edin. Ya da elə sistem qurun, olkədə bu qədər “boş qazan”, yəni problem yığını qalmasın. Uğurunuza xeyir!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top