Jalebloq.az

Prezidentin təşəbbüsləri və…

KÖŞƏ

Prezidentin təşəbbüsləri və…


İlin dövlət büdcəsi sosial yönümlüdür. Bu Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətini həmişəki kimi öndə tutmasına dair ictimai mesaj, göstəricidir. Gəlin görüləcək işlər haqda məlumatların bir hissəsi ilə bərabər  tanış olaq.

Ölkənin içməli su və təbii qazla təminatı işlərinin yekunlaşdırılnması üçün addımlar atılacaq. Bu il sosial infrastrukturla bağlı işlər görüləcək. Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək. Keçən il 5800 ailəyə yeni mənzillə təmin olunub, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib, istifadəyə veriləcək. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə azı 800 mənzilin verilməsi planlaşdırılır.  Eyni zamanda 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi planlaşdırılır.

Bu il 10-a yaxın mərkəzi rayon xəstəxanası, üç Olimpiya İdman Kompleksi, beş “ASAN xidmət” mərkəzinin açılışı gözlənilir. Ölkənin hərbi potensialının möhkəmləndirilməsi istiqamətində də böyük işlər görüləcək. Yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ölkəyə müasir silah və texnika gətirilir. Keçən il 400-ə yaxın hərbçiyə mənzil verilib. Artıq hərbi xidməti uğurla, qüsursuz başa vuran hərbçilərə bu il də mənzillərin verilməsi nəzərdə tutulur. Hərbçilərin məişət problemlərinin həlli də təmin edilir. Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq.  Eyni zamanda 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan işlə təmin olunacaq. Onların əksəriyyətini qadınlar təşkil edəcək.

Turizm sənayesinin yaradılması istiqamətində də layihələr icra ediləcək. Keçən il Bakı və Sumqayıt dəmir yolu vağzalları yenidən quruldu. Bu il də şəhər nəqliyyatı üçün əlavə tədbirlər görüləcək. Bu məqsədlə Bakıya 600 müasir avtobusun gətirilməsi nəzərdə tutulur. Eyni zamanda əyalətdə kənd yollarının yenidən qurulmasına dair layihələr həyata keçiriləcək. Sosial rifahın yaxşılaşdırılması, habelə yeni iş yerlərinin açılması istiqamətində də adııdmlar atılacaq. Bu məlumatladan da aydındır, Prezident ölkədə vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunmasına tərəfdardır və bu istiqamətdə özü birbaşa iş aparır, proseslərə nəzarət edir.

Amma bir məqam var. Problemimiz yoxdur, deyə bilmərik. Və burda bir zəruri əlavəyə mütləq ehtiyac var…

  Zəruri əlavə: Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya  qarşılarında  20 nömrəli məktəbin açılışı zamanı çıxış edəndə də, ölkə başçısından illər öncə,  hələ SOKAR-da vitse-prezident kimi fəaliyyət göstərdiyi zaman,  “Azadlıq” radiosu üçün telefon müsahibəsi aparanda da, dövlət mükafatına təqdim olunub, təltif ediləndə də hörmətim, sayğım olub. Olub deyəndə, indi də var. Mən həm də keçmiş parlament spikeri İsa Qəmbərin əlindən Elçibəy mükafatını alan jurnalistəm. Bu söyüş kampaniyasına ad və imzamı qatanlara indidən cavabımdır. Bir də demək istədiyim bu ki, indiyə qədər də, bundan sonra da yazılarımda ədalət və vicdanlılıq prinsipial mövqeyim olub, olacaq. Düzü prezidentin insanların sosial problemlərinə qayğılarına münasibətindən bəhs edən bu yazını hazırlayana qədər xeyli materialı təkrar gözdən keçirdim, yalnışa yol verməmək üçün. Gerçəkdən bir sual durdu qarşımda, hər şey son dərəcə uğurlu ola biləcəyi təqdirdə niyə axsımalar var? Niyə insanlar küskün, incikdir? Nədir bu aqresiya, söyüş kampaniyaları, təhqirlər? Adamın sona qədər dinləməyə, baxıb izləməyə əsəbləri də tab gətirmir. Sosial şəbəkədə təsadüfən qarşıma çıxan bir video yazı konkret cavab idi suallarıma.

Goranboy sakini olduğu iddia edilən yaşlı qadın, üç qız övladı ilə yolu kəsib. Sosial problemindən, ağır güzaranından, sosial müavinət ala bilməməsindən, ərinin ağır xəstəliyindən, bu əsirdə işıqsız, qazsın qalmasından, ehtiyaclarından danışır. Onu sakitləşməyə çağıran, İcra Hakimiyyətinə dəvətə edən rayon rəsmisinə  “ölmək istəyirəm, ee ölmək! Mən o İcra Hakimiyyətinə çox gedib yalvarmışam! İndi getmirəm!”

…Qalırsan belə,  nə deyəsən? Kimi günahndırasan, Prezidentimi? Qətiyyən!

…Dünyanın heç bir yerində Prezident insanların fərdi problemlərinin araşdırılmasını öz üzərinə götürmür,  bizdə götürür…

…Dünyanın heç bir yerində Prezident fərdi vəsaiti hesabına xəstə müalicə etdirmir, bizdə etdirir…

…Dünyanın heç bir yerində Prezident konkret cinayət işini özünün iştirakı ilə başdan icraata yollamır, bizdə yollayır…

Bu həm də ayrı-ayrı adamlara ciddi mesajdır. İndi bu mesaj alınmırsa, ya da alıb kimlərsə özünü almamış kimi aparırsa mütləq cəzasını vardır. Çünki problem olmayan yerdə problem yaradırlar. İnsanlarla dövlət, Prezient arasında uçurum yardırlar. Halbuki  çox gözəl bilirlər, insanlarla rəhmsiz davranmaq, ölkəni bu qədər qarşıq duruma salmaq, komandasında olduğun liderə  xəyanət etmək olmaz, sadəcə olmaz, vəssalam! 

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top