Jalebloq.az

Rəhm, yoxsa, islahatların məntiqi davamı və dövləti borc?!..

KÖŞƏ

Rəhm, yoxsa, islahatların məntiqi davamı və dövləti borc?!..

“Azərbaycan Banklar Asossasiyası” İctimai Birliyinin Rəyasət Heyəti Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin bir nəfər ailə üzvünün 360 gündən çox gecikmiş faizi daxil olmaq şərti ilə 1000 manat məbləğində kredit borcunu, bankların öz vəsaitləri hesabına ödənilməsinə qərar verib.

Bu Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahədə davam etdirdiyi islahatların məntiqi davamıdır. 

Başqa sözlə, bu digər dövlət qurumlarının, bankların, artıq sosial islahatlar təşəbbüsünə qoşulmasının göstəricisidir.

Bu eyni zamanda Prezidentin apardığı islahatların davamı olaraq, bank kreditləri məsələsində digər mümkün güzəştlərin geniş müzakirəsi üçün də zəmin yaradır.

Qərar həm də onu düşünməyə əsas verir ki, əslində çoxdan gözlənilən, necə deyərlər umulan proses güclənməkdədir.  Ən müxtəlif qurumlar, təkcə dövlət başçısının siyasi kursunu və qərarlarını dəstəkləmir. Həm də özləri bu kursa, sosial sferada atılan addımlara, öz təvsiyyələrini, konkret işlərlə verməyə başlayıblar.

Müsbət göstəricidir. Niyə də alqışlanmasın?!

Ancaq bütün yaxşı əməllərin mütləq bir irad tutanı vardır. Bu gün dövlətin, o cümlədən Prezidentin böyük uğuru budur ki, heç nəyə əhəmiyyət vermədən yola davam edirlər.

***

Qaldı ona  ki, guya dövlət şəhidə, qaziyə, onların ailəsinə acıyır. Guya bu şəhid və qazi ailələrinə sədəqə verirmiş kimi əl uzatmaqdır…. Ey iş görüləndə də, görülməyəndə də narazılıqları, dodaq sözləri əksik olmayan, “mız” mütəxəssisləri. Daha dəqiqi psixoloji durumları yerində olmayan bir topa məxluq…

Əvvəla qazi və şəhid dövlət üçün can verib, dövlət onun yanında da, arxasında da durmalıdır. Ailəsini sahiblənməlidir. Bu dövləti borcdur.

İkincisi, dövlət şəhidinin, qazisinin arxasında olmasa, vətəndaşın, hərbçinin dövlətə, Ali Baş Komandanına günəvi qalmaz. Əsgəri dövlətinə güvənməyən məmləkətdənsə, məmləkət olmaz. Çünki o əsgər məmləkət üçün savaşa bilməz, mənəvi sınar. Biz sınmış əsgər obrazını yaratsaq, həmişə uduzan tərəf olaraq. Eyni zamanda düşmən üçün çox yaxşı səbəb, bəhanələr verərik. Illərdir anlaya bilmədiyiniz budur ki, dövlət buna nəyin bahasına olur olsun, yol verməz və bu mövqeyində israr etdiyi üçün son dərəcə haqlıdır.

Üçüncü və sonuncusu, şəhidin, qazinin yanında olmaq, rəhm göstəricisi deyildir. Dövlətin vətəndaşına minnətdarlığı, “siz olmasanız, dövlət var olmaz” etirafıdır.

Əgər bu gün Prezident, belə uğursuz məntiqli hücumlara rəğmən başladığı islahatları davam etdirirsə, birinci vitse-prezident qazilərlə görüşdə fəxarətini ifadə edirsə və bu hansısa dairələri narahat edib “mız” “ordusunu” tərpədirsə, demək, hədəfə vurulur. Əks halda məmləkətin nataraz təbdir salonlarından birində “ermənilər biz sizlə əvvəlki kimi yaşamaq istəyirik” şüarını tipi bəlli olmayan adamlar şəhid ailələri və qazilər qarşısında niyə səsləndirsin axı?!..

Bu üzdən elə indidən, bu dəqiqədən hər kəs dövətini və onun dəyərlərini qorusun. Bizim müstəqil dövlət olaraq yüz yaşımız var. Yüz yaşlı müdrik “qocanı”  bir qrup kinli, kibirli, məqsədli və hikkəli adama qurban vermək olmaz.

O üzdən “Azərbaycan Banklar Asossasiyasının” İctimai Birliyinin Rəyasət Heyətinin qərarı alqışa layiqdir. Necə deyərlər, davamı gəlsin!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top