Jalebloq.az

Sifarişli radikallıq…

KÖŞƏ

Sifarişli radikallıq…

Siyasi radikallığa söyüş kampaniyaları başlatmaqla star verilmişdi bir müddət əvvəl. Bunu daha çox xaricdə yaşayan və aqressiv bir qrup adamın əli ilə təşkil etmişdilər. Eyni zamanda onların Bakıdakı radikal müxalifətlə yaxınlaşmasına da şərait yaradılmışdı. Sonradan bu mərhələ üzəridən sürətlə keçildi. Çünki öz yaratdıqları söyüş müxalifəti, özünü müxalifət adlandıranların, Milli Şuranın və AXCP-nin rəhbərlərinə, ayrı-ayrı iqtidar yetkililərinə qarşı çıxdı. Daha sonra idarə olunmaz hala gəldilər. Xaricdəki söyüş müxalifəti sözündən çıxan radikal liderləri də söyməyə başladı. Beləliklə vəziyyət taktikanı gözdən keçirməyə əsas verdi.  O üzdən radikal müxalif düşərgədə və hakimiyyətdə olan siyasi komanda daxilindəki narazıların yeni həmlələrinin olacağı istisna edilmirdi. Amma bu da gözlənilmirdi ki, onlar, geriyə dönüş edəcəklər. Buna onları sosial şəbəkələr üzərindən davamlı izlənmə,  bəyənmə sayının minlərlə olması vadar etdi. Çünki sosial şəbəkə üzərindən baxılsa radikal müxalifət ölkədə ən böyük güc təsiri bağışlayır. Təbii ki, proqnozlaşdırma problemi olan radikallar bunu başqa cür hesablayırdılar.  Statistik göstəricilərə əsaslanıb düşündülər ki, daha yaxşı dağımaq, xaricdən daha yaxşı qazanc, qrantlar əldə eləmək üçün yetərli elektorad toplaya biliblər. Gündəmə gəlmək üçün çox yetərli imkan və şərait yaranıb. Beləcə geri döndülər. Yəni səksənlərin sonu, doxsanların əvvəllərində olduğu kimi insanları küçələrə çağırdılar. Yanıldılar. Daha doğrusu gözlədikləri dəstəyi almadılar insanlardan. Əksinə qınaq obyektinə çevrildilər. Maraqlıdır, haradan idarə olunurdular? Nə qazandılar? Nə iditdilər?

Oktyabrın 18 yayınlanan məlum müşavirədə Prezidentin çıxışından bəlli olduğu kimi, çoxlu sayda islahatlar gözlənilirdi. Prezident islahatların miqyası barədə hər hansı fikir  söyləmədi. Amma köklü islahatın olacağı barədə mesaj verdi. Bəlkə də bu, daha çox radikallara yönəlik mesaj idi. Özünü müxalifət adlandıranlara və hakim komanda üzvü olan narazılara. Çünki onların tələblərinin görünən tərəfində məhz islahatlar dayanırdı. Qarşılığında hansı mənzərə yarandı? Müxalif düşərgədə, on ildən çoxdur durduğu yerdən tərpənməyən, biri, AXCP sərdi Əli Kərimli, başına bir qrup adam cəm edib, əlində insanların sosial problemlərini bayrağa çevirib,  gözlənilmədən  müxalifət lideri küçəyə çıxdı. Özü də on beşinci dərəcəli siyasət adamlarını başına cəm edib yaratdığı Milli Şura üzvləri ilə. Əli bəy o siyasi liderdir ki, doxsanların əvvəllərində hadisələrin ən qaynar məqamında belə təhlükəsizlik səbəbindən, təxribat ehtimalı eşidəndə belə ehtiyatla davranırdı. Ancaq indi icazəsiz küçə yürüşünə qərar verdi. Həm də o vəziyyətdə ki, bu yaşına qədər siyasi fəaliyyəti dönəmində şəxsən mən, iyirmi yeddi il media təcrübəsi olan biri, onu hansısa aksiyada belə səslər çıxaran, bu cür pozlar verən görməmişəm. Əslində o səsə təkcə Əli bəyin deyildi. İslahatlara kimlərsə radikal müxalifəti küçəyə çıxarmaqla, etirazını bildirdi. Təbii ki, onlar radikal güclərdən fərqli olaraq, siyasi mətbəxə daha yaxın adamlar idilər. Kimlərin gedəcəyini, kimlərin gələcəyini dəqiq bilirdilər. Onların nə edəcəkləri barədə isə dövlət başçısı xəbərdar idi. Əks halda komandasında yeniliyə, istefalara və islahatlara etiraz edənlərin olması haqda açıq bəyanat verilməzdi. Görünür ehtimal edilib ki, “biz bilirik” mesajına, mitinqi təxirə salmaqla reaksiya veriləcək.  Reaksiya oldu, amma radikal reaksiya oldu. Bəs radikallardan ibarət, layk müxalifəti nə qazandı? Əslində heç nə. Bir neçə beynəlxalq təşkilatdan və siyasi aktivistdən dəstək bəyanatı aldı. Dəstək bəyanatı həm də sizə qrant formasında pul göndərəcəyik deməkdir.  Yəqin ki, bu bəyanata yerli havadarlarının da qatqısı olmamış deyil. Buna paralel onlar radikallığın ictimai dəstəklənmədiyini gördülər.  Baxmayaraq ki, ölkədə böyük bir kütlə, sosial problemlərin çoxluğundan şikayətçidir, məmurların fəaliyyətindən narazıdır. Eyni zamanda onlar islahat marağında olmadıqlarını göstərdilər. Əks halda küçələrə çıxmaq, hətta ikinci mitinq gününü təyin edəcək qədər irəli getməzdilər. İşlərin ən maraqlı mərhələsi o idi ki,sonradan ikinci mitinq Cəmil Həsənlinin təklifi ilə təxirə salındı.  Amma bu da dəqiqdir ki, onlara “dur!” komandası, “başla!” komandası aldıqları yerdən gəlmişdi. Məhşur tamaşanı xatırladınızmı? Mənim də yadıma düşdü. “Fatı qalx, Fatı otur” prinsipi.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top