Bir neçə gün öncə gənc bir xanımın video yazısına
baxdım. Hirsinin, gərginliyinin səbəbi bəlli deyildi, amma məqsədi bəlli idi,
ölkədən getmək. Bir də ümumi deyirdi ki, məhkəmə-hüquq sistemində incidilib.
Buna görə Ermənistana keçəcək. Əslində belə çıxışların bir adı da var, dövləti
şantaj etmək…
…Üslub yenidir, mühacirətə getmək üslubunu
deyirəm. Ermənistana keçəcək, orda mənfur qonşuların təhlükəsizlik orqanlarına
onlara lazım olan beş-üç müsahibə verəcək Azərbaycandakı vəziyyətə və
ermənilərə münasibətə dair, sonra ya Allah, deyib, adlayacaq Avropaya. Yəqin
ki, bunun adı da xoşbəxtlikdir o xanım və bu yolu gedən digərləri üçün. Amma dövlət
adından düşünəndə bu rəzillikdir. Millət adından düşünəndə, utancverici.
İnsanlıq adına düşünəndə yaramazlıqdır. Məhz üçüncüdən götürsək, deyərik ki,
gör millət nə gündədir? Məmurların əksəriyyəti şantaj görməsə, işləmir! Bu qızı xarici kəşfiyyata
“satırıq”! Ölkədə sosial
islahat son dərəcə zəruridir. Nəhənglərin ardıyca
xırda məmurları da islah elemək şərtdir və sair…
Amma bir məsələ də
var ki, axı adam şantaj edir, vətən satır, bunu necə edəsən? Heç nə deyə bilmirsən, çünki dəqiq ir məsələ
var məqsəd getməkdir, bu gün olmasa da sabah mütləq necəsə bu arzusunu
reallaşdıracaq adam… Necə illər öncə başqa bir versiya ilə də şəxsən qarşılaşmışdım.
“Azadlıq” qəzetində çlışırdım. Atamı müainə üçün xəstəxanalardan
birinə gətirmişdim. Oranın şöbə müdiri olan tanıdığımız həkim, qəfil “sən də
getmək üçün işləyirsən?” soruşanda üz cizgimdən anladı ki, sualını başa
düşmədim. Qayıtdı ki, bəs “Azadlıq” AXCP-nin qəzeti deyil? Dedim rəsmi yox, amma
xətt birdin, nədi ki? Cavab ikiqat şok
effekti yaratdı. Həkim tanışım dedi ki, “bəs
mitinqlərə gedib özlərini döydürürlər, başqa birinə polislə üzbəüz
dayanıb şəkillərini çəkdirirlər, sonra da bizdə həkimlər var, onlara sənəd
düzəldir ki, bəs ölkədə zorakılığı məruz qalır siyasi baxışlarına görə. Sənə də
lazım olsa deyərsən, lap adam olsa gətirə də bilərsən. Puluna minnət, sənin də
xeyrin olar. Özün də getmək istəsən sənə problem yoxdur. Gör nə qədər məhkəməyə
verirlər sizi dövlət adamları”…Heç nə deyə bilmədim, bir kəlmə də danışmadım.
Amma sonra onlarca adamın qaçıb getdiyinə şahid olduq. Cinsi azlıq kimi, ya da
siyasi mühacir olaraq Avropaya və ya okeanın o tayına çatdılarmı olurlar vətən
fədaisi, azadlıq aşiqi. Adam simalarına baxır bəzən nə danışdıqlarını satqınlıq
zirvəsinin harasında durduqlarını görmək istəyirsən. Baxırsan ki, lap
pikdədirlər, ən zirvədə. O qədər peşəkardırlar ki, artıq satılmağın yollarına
dair treninqlər reallaşdırırlar. Hətta bunu biznesə çeviriblər. Bəzən dünyanın
ən dəqiq millətini də, dövlətini də barmaqlarına dolaya bilirlər. Məsələn
Almaniyanı.
Artıq bəllidir ki, Almaniyada siyasi
mühacir “ovu” adı ilə saxlanma əməliyyatı keçirilib. Almaniya Federal
Kriminal polisi Frankfurt, Köln, Uiesbaden, Koblens vә Düsseldorf şәhәrlərində
13 ev və obyektə basqın edib. Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və
8 nəfər saxlanılıb. İddiaya görə basqın olunan evlərdə yaşayanlar 3-10 min euro
müqabilində Azərbaycandan siyasi statusla mühacir daşıyırmış. Artıq xeyli sayda
adam saxlanılıb. Adam siyahıya baxır, inanmır. Hamısı dövlətə ağıl verən,
ölkəni dağıtmağa çağırışlar edən siyasi iddialılardır. Amma dünyanın ən dəqiq
millətinin, almanların yaşadığı ölkədə, Almaniyada, onlara qarşı irəli sürülən
ittihama da nəzər salın, siyasi mühacir alveri, saxta sənəd təşkili…
Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə
müəssisələrində rəis işləyən kim, Müsavat Avropa Koordinasiya Mərkəzinə sədr,
üzv olan kim, vaxtilə DİN-in idarə rəisi kimi çalışan kim. Əslində burda da heş
nəyləri əksik olmayıb, orda da əksik deyil. Amma vətən satıb pul qazanırlar.
Əlindən yazıq vətən deməkdən başqa heç nə gəlmir. Bir ona görə yazıq ki, səni
satırlar, bir də ona görə yazıq ki, gör səni kimlər satır!
…Yeri gəlmişkən, bir az da gərginlik azalsın deyə olsun lap ovqat
üçün. Sabiq səhiyyə naziri, indi müxalifət düşərgəsinin lider siması, Əli
İnsanov deyəsən çoxundan yaxşı tanıyırmı Musavatı və digərlərini, özü də mühacir biznesindən
xəbərdar imiş. Nahaq yerə “bunlar,
“faşıstdir”, almanlara işləyir”demirmiş
kişi…Azərbaycanın siyasi mühacir olayları daha çox Almaniyadan qaynaqlanır. Azərbaycana
qarşı ən aqressiv çıxışçılar Almaniyada yaşayır. Ölkədən mühacir axını daha çox
Almaniyayadır. Yəqin ki, bu məqamı da Azərbaycanın aidiyyatı dövlət qurumları
diqqətdə saxlayıb, ayaşdıracaq. Niyə Almaniyada cəm olan mühacirlər sonra
Azərbaycana qarşı olur?!
Jalə
Mütəllimova