Jalebloq.az

Sondan SƏKKİZ gün qabaq…

KÖŞƏ

Sondan SƏKKİZ gün qabaq…

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn 1993-cü il mayın 26-da keçirilən Dövlət Müdafiə Komitəsinin İclasının məxfi protokolunu yayıb. Sənəddə iclasın gündəliyində duran məsələlərdən bəhs olunur:

-Qərarların icra vəziyyəti;

-Fövqaladə vəziyyət;

28 may istiqlal günü;

-Mövcud hərbi vəziyyət.

Fövqəladə vəziyyət:

-Gəncədə və sair yerlərdə fövqəladə vəziyyət rejiminin tətbiq olunması müsbət qarşılanır. Gəncədəki diviziya, Seyfəlidə və Hacıkənddəki hərbi hissələr camaatda narazılıq yaradır. Həmin hərbi hissələrin Surət Hüseynovla əlaqəsi var. 

-Verilən məlumata görə Seyfəlidə Surətin bir hissəsi var, orada atışmada 3 nəfər bir-birini öldürüb. 
Getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır.
Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir. Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. 709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.

-Lənkəranda Əlikram Hümbətov öz işi ilə – vəziyyəti qarışdırmaqla məşğuldur.

– Avropa Şurasında da bu məsələyə müsbət baxırlar. Onlar da qeyd edirlər ki,əgər yeni yaranan dövlətlərdə fövqəladə vəziyyət rejiminin tətbiqi vətəndaş sülhünə kömək edirsə, bu variant istisna olunmamalıdır. Və fövqəladə vəziyyət daha iki ay uzadılır.

İstiqlal günü

-Mayın 28-də bəzi rayonlarda tədbirlər keçiriləcək. Bir neçə yerdə M.Ə.Rəsulzadənin abidələri açılacaq. Bakıda isə H.Cavidin heykəlinin açılışı olacaq. Həmin gün 3 yerdə abidənin açılışı olacaq. Cavidin heykəlinin açılışı və saraydakı tədbirdə Prezidentin, Əbülfə Elçibəyin iştirakınız nəzərdə tutulur. Dövlət bayramı olduğundan şəraitdən asılı olmayaraq keçirilməlidir, rəsmi şəxslər və xarici nümayəndəliklər də iştirak etməlidir.

Hərbi vəziyyət:

-Azərbaycan ordusunun qurulmasına yardım etmək və NATO standartları səviyyəsində əsgər hazırlamaq məqsədilə Türkiyədən istənilən hərbi təlimatçılar gəlgtirilib. Müdafiə Nazirliyi xahiş edir ki,  ehtiyatda olan 150-200 nəfər zabit toplansın və türkiyəli təlimçilər onları da təlimatlandırsın.  Çünki zabitlərin də NATO və Türkiyə ordu sistemini öyrənməsi vacibdir.

-Ölkə üzrə 1973-74-cü il təvəllüdlülərin sayı 40-45 mindir. Dörd çağırışda hər rayon hərbi komissarlığına 150 nəfər düşür. Çağırış sistemini təkmilləşdirilməlidir, çünki 13 rayonda çağırış planı yerinə yetirilməyib. Həmin rayonların rəhbərliyi haqqında tədbirlər görülməlidir.

-Çağırışdan boyun qaçıranların sayı çoxdur. Bununla bağlı baş prokurorla razılaşdırılıb ki, qanuna uyğun şəkildə materiallar toplansın, istintaq aparılsın, çağırışdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunsun. Çağırışçı gənclərin bir qrupu Dağıstana keçib orada xidmət edirlər.

– Qazıməmməddə Daxili Qoşunların yaşayış yeri ilə bağlı problemler var. Daxili Qoşunlarda şəxsi heyətin sayı nəzərdə tutulduğu kimi 12 min deyil. Daxili və Sərhəd Qoşunlarının şəxsi heyətin komplektləşməsinə tələbatı var. 13 rayonda 1000 nəfər çağırışdan kənarda qalıb. Fərarilər var. Həmin fərarilərin bəsizi Fəhmin Hacıyev tərəfindən tutulub.

-Hərbi rabitə sistemində çalışanları ciddi nəzarətdə saxlamaq lazımdır. Çünki onlar bəzi hallarda açıq danışırlar və ermənilər bundan istifadə edir.

-Kəşfiyyatın xarici mənbələrdən əldə etdiyi məlumata görə ermənilərin Ağdərə istiqamətində hücumu gözlənilir. Onlar Umudlu kəndindən Talış kəndinə yol çəkirlər. Buna nəzarət edilirmi? Orduda nizam-intizam məsələsinə ciddi fikir verilməlidir.

-İki aya yaxındır Füzulidə yerləşdirilmiş Sərhəd Qoşunlarını artıq əvəz etmək lazımdır. Baxmayaraq ki, onların narazılığı yoxdur. Amma indi həmin istiqamətdə sakitlik olduğundan onlar dislokasiya yerinə dönüb öz funksiyalarını həyata keçirməlidir.

-Murov-Agdərə istiqamətində ermənilər Agdərə və Şaumyankəndi ələ keçirmək istəyirlər.

-Əsas narahatlıq Ağdərə zonası ilə bağlıdır. Hərbi kollegiyada qərara gəldik ki, 3-cü korpus yaradılsın. Bu korpus özündə Ağdam-Ağdərə-Murov hərbi hissələrini birləşdirəcək. Birinci korpusa komandir polkovnik İ.Sadıxov, üçüncü korpusa isə polkovnik A.Salahov təyin olunub.

-Goranboyda 2 batalyon yaradılır. Komandirləri Rasim Əkbərov və Valeh Əliyevdir.
Rasim Əkbərovla Goranboyun icra başçısı Maşallah Abdullayev konfliktdədirlər. Rayonda Rasimdən ciddi narazılıq var və Maşallahla aralarında düşmənçilik davam edir.Rasim Ələkbərovu  batalyon komandiri təyin etmək yaramaz.

– İşi elə aparmaq lazımdır ki, komandirlərlə rayon İHB-ları arasında narazılıq olmasın. Rayon İHB-ları yaxşı işləyəndə belə məsələlərə yer qalmır. Hansı rayonda İHB-ları ilə komandirlərin münasibətləri normal deyilsə, münaqişə varsa, orada iş getmir. Ağdərə-Goranboy istiqamətində vəziyyət ciddi olduğundan orada konfliktə yol vermək olmaz.

-Füzuli istiqamətində komplektləşmə gedir. Səngərlər qazılır, ehtiyat batalyonu yaradılır.

-Hazırkı vəziyyət onu göstərir ki, Levon-Ter Petrosyan müsbət cavab verəcək. Amma Qarabagdakı ermənilər təkliflərə etiraz edəcək.

-Hərbi Hava Qüvvələrində, on ekipaj hazırlanıb. 6 bombardmançı təyyarə, 4 vertolyot hazırdır. Ukraynadan iki SU-27 təyyarə, vertolyotlar gətirilib

– Füzulidə Məngələnatanda 2 top, 2 tank yerləşdirilib

-Kəlbəcərə, Yanşaq kəndinə dörd qrup Yanşaq kəndinə qədər gedib, qayıdıb. Orada 1 BMP, 10-15 əsgər görüblər.

Sonra Yaşar Paşa açıq bəyan edir ki, bu anda Azərbaycanın bəzi hərbi əməliyyatlar aparmağa taqəti yoxdur. “Belə müdafiədən qorxuram və arxayınçılığa son qoyulmalıdır”.

Bildirilir ki, Rusiyanın 15, 164, 167-ci diviziyaları ermənilərin tərəfində vuruşur. Komandirlər rus, əsgərlər ermənilər, texnikaları isə təzədir. Bizim heç 20 tankımız yoxdur ki, ehtiyat batalyon yaradılsın. Heç olmasa 50 ədəd təzə tank alınmalıdır. 225 tankımız var, onun 140-ı nasaz vəziyyətdədir. Üç yerdə, Bakı, Qazax, Gəncə, Ağdamda təmir olunurlar. Yaxın müddətdə ən azı 50 tankın təmiri bitəcək. Eyni zamanda açıqlanır ki, əldə tam uçot yoxdur ki, silah, texnika haqqında məlumat verilsin.

-Seyfəlidə Surətin bir hissəsi var. Verilən məlumata görə orada atışmada 3 nəfər bir-birini öldürüb. 
Getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır.
Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir. Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. 709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.

***

Sabiq baş nazir Pənah Hüseynin təqdim etdiyi protokoldakı məlumalardan da bəlli olur ki, AXC-Müsavat hakimiyyətinin “sonun yazan” xeyli ciddi səbəblər var idi:

 -Ölkədəki risk və təhlükələr dəqiq dəyərləndirilmirdi;

-Dəqiqləşdirilən məqamlarla bağlı, konkret addımlar atılmasında problemlər var idi;

-Prezident ya düzgün məlumatlandırılmırdı, ya da məlumatların həqiqət olduğuna inanmırdı. Yəni komanda daxilində qarşılıqlı inam və etibar mövcud deyildi;

-Rayonlarda özbaşınalıq, icra strukturları ilə hərbçilər arasında konfliktlər mövcud idi;

-Bütün istiqamətlərdə rabitəsizlik, cəbhə bölgələrində real vəziyyət xəbrlər dəqiqləşdirilməmiş olub;

-Ordunun maddi-texniki təchizatı bərbad durumdaydı;

-Ölkədə müharibə getdiyi vaxtda Surət Hüseynov təhlükəsi düzgün qiymətləndirilmirdi;

-İstər idarəçilikdə, istər hərbi sahədə əmrləri qeyri-peşəkarlar verirdi;

-Siyasi qruplaşmalar var idi;

HAŞİYƏ: Yeri gəlmişkən, həmin siyasi qruplaşmaların üzləri indi də siyasi fəaliyyətdədirlər. Onların bir çoxu özlərini məhrum Əbülfəz Elçibəyin siyasi varisi sayır. Düzdür ciddi siyasi rəqib olmasa da, bəzi hallarda Azərbaycan dövlətçiliyi üçün təhlükə törədə bilirlər.  Azərbaycanda çaxnaşmalar yaratmağa meyilli xarici güclərin maraqlarına “oynayırlar”. Yəni onların iş icraçısı, havadarları sayılırlar. O üzdən də həmin güclər tərəfindən himayə edilirlər.  

Bəlkə də elə bu üzdən insanlar o illərdə dövlətin dağılmaması, lap  AXC-Müsavat cütlüyünün (bir illik hakimiyyətinin uğurlu və ya uğursuz olmasını bir kənara qoyaraq) tarixdə qalmasına şərait yaradan bir azərbaycanlı siyasi liderə, bir ələ ehtiyac duyulurdu.  O əl həmin dönəm üçün Heydər Əliyev idi.  Hərəkatçıların öz aralarında belə Heydər Əliyevə simpatiyasını gizlətməyən siyasi fəallar, komandanı tərk etdilər. Çünki dövlətin ayaqda durması, yaşaması üçün siyasi romantizmə yox, sərt siyasi kursa ehtiyac yaranmışdı. Azərbaycanın var olması bu yeni siyasi kursdan asılı idi.  Yeni siyasi kurs,

Azərbaycanın təkrar “işğalına” qarşı duracaq;

-Siyasi situasiyanı dəqiq qiymətləndirəcək;

-Yaxın, uzaq qonşuları Azərbaycanla hesablaşmağa məcbur edəcəkdi.

Heydər Əliyevin hakimiyyəti dönəmdə Azərbaycan təkcə müstəqilliyini möhkəmləndirmədi, həm də bu dövlətin ilk qurucuları, ikinci dəfə bərpa edənləri siyasi sima olaraq tarixdə qaldı. Onların adlarının üzərindən əvvəldə olduğu kimi başqa bir imperiya, siyasi güc qara xətt çəkə bilmədi.

HAŞİYƏ: Yeri gəlmişkən, bu etirafları həbsdən azad edildikdə artıq Prezindet olan Heydər Əliyevlə görüşündə, sabiq baş nazir Pənah Hüseyn özü də etraf edəcəkdi. Yeri gəlmişkən, Prezidentlə sabiq baş nazirin görüşünün stenoqramını illər öncə “Azərbaycan” qəzeti rəsmi olaraq yaymışdı.

***

Açıqlanan sənəddəki faktların təqdimatından da bəlli olur ki, bu ölkənin varlığı hər an böyük təhlükələrlə üzbəüz olub. İndi daha inkişaf etmiş, güclənmiş olsaq belə təhlükəli hücumlardan kənar deyilik. Demək olar ki, qızıl ortayıq. Hər gələn “vurub” yerləşmək istəyir. Hətta artıq məkanın öz sahibinə aid olması da onları çəkindirmir. Əksinə daha da üzlü, yırtıcı və sərt “oynayırlar” Olsun, müstəqillik alın yazısı olduğu halda Azərbaycanda onları yalnız və yalnız fiasko gözləyir…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top