Jalebloq.az

Sosial-siyasi paket…

KÖŞƏ

Sosial-siyasi paket…

Bir ay ərzində iki ciddi hadisə baş verdi. Birincisi, ciddi dövlət qurumlarında kadr və yerdəyişikliyi edildi. İkincisi, Prezident İlham Əliyev ölkədə insanların sosial rifahının yaxşılaşdırılması üçün əməkhaqlarının ciddi faiz göstəricisi ilə, 40% artırılmasına sərəncam verdi. Təyinatlardan başlayaq…

Ramil Usubov – O, DİN rəhbəri olaraq tutduğu vəzifədə ən uzun müddətdə qalan məmurlardandır. Ölkə başçısının onu istefaya göndərəcəyinin düşünüldüyü halda başqa bir vəzifəyə, ali hərbi məşvərət qurumu olan Dövlət Təhlükəsizlik Şurasının katibi təyin etməyi göstərdi ki,  o, hətta özü istefa arzusunda olsa belə kadr olaraq dövlət üşün əvəzsiz və vacib biridir. Ən başlıcası siyasi komandanın güvənilən adamlarındandır. Yəni həm sədaqətlidir, həm peşəkar.

Vilayət Eyvazov O, DİN-də Ramil Usubovdan sonra qətiyyəti ilə tanan simalardandır. Uzun müddət birinci müavin postundə, həm də naziri tərəfindən yetişdirilmiş kadr sayılır. Vilayət Eyvazovun təyinatı həm də nümunə və siyasi kimandaya mesajdır. Sadiq və peşəkar olan, pillə-pillə yüksəlişini səbrlə gözləyən hər kəs məqsədinə və layiq olduğuna çatacaqdır. Yəni Eyvazov təyinatı ilə dövlət ikinci sadiq və peşəkar adamını təqdim etmiş oldu bu postda. Həm də bu bir Ramil Usubov nümunəsi sayıla bilər. Özündən sonra yerinə qoyulmaq üçün təqdim etməyə mütləq kadrın olmalı. Əks halda bu, sən özündən başqa kimsəyə xidmət etməmisən anlamına gələr.

Mədət Quliyev– O, xarici görünüşü ilə xarakteri tərs mütənasiblik təşkil edən nadir məmurlardandır. Yəni xarici görünüşcə son dərəcə mülayim üzüyola təsir bağışlayan general Quliyev həm qətiyyətli, həm də peşəkar biridir. Əslində elə tam təhlükəsizlik xidməti adamıdır. Ancaq vacib bir məsələ də var. O, təkcə ölkənin təhlükəsizlik xidməti rəisi olmayıb. General Quliyev rəhbərlik etdiyi xidməti, ən xırda işçisini belə cinayətə cəlb etməkdən çəkinməyən keçmiş MTN-in bazasında, soyuqqanlılıqla quran adamlardandır. Bu mənada Müdafiə Sənayesi Nazirliyi də haradasa ölkənin təhlükəsizlik işləri ilə bağlı mühim strukturdur.  Ölkəsi üçün DQ savaşında da ciddi mücadilələr aparıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adını daşıyan yeganə azərbaycanlı nazir olaraq,  o, bu posta da ən layiqlilərdən idi.

Əli Nağıyev- Onu Eldar Mahmudovun hədəfindəki adamlardan biri kimi tanıyırlar ictimai rəydə. O həm də Qarabağ savaşının iştirakçılarındandır.Sabiq MTN rəhbəri Namiq Abbasov bu təyinatla bağlı mediadakı çıxışında “o, peşəkar çekistdir, təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran adamdır. Və çalışdığı müddət ərzində Azərbaycanın milli təhlükəsizliyinin təminatı üçün mühim xidmətlər göstərib” deyib. Anlaşılan hakim siyasi komanda sıranalrında maraqlı dəyişikliklər edir. Həm ictimai, həm siyasi yükü olan mesajlar verir. Məsələn,

-Dörd yeni və mühim təyinatdan ikisinin, silah istehsalı ilə məşğul olan Müdafiə Sənayesi narizi və Dövlət Təhlükəsizlik Xidməti rəisinin, Qarabağ savaşçısı olması önəmli faktdır;

-Bu nazirlər həm də ədalətliliyi, vicdanlı olması ilə fərqlənən adamlardır;

-Eyni zamanda tutduqları ali postlara birdən-birə yox, pillə-pillə yüksəliblər;

-Peşəkar, sədaqətli və milli ruhu olan kadrlar hesab edilirlər.

Demək ki, əslində bu, vəzifə təyinatından daha çox, siyasi dəyişikliklər paketi hesab olunmalıdır.

***

Başqa bir məsələ əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bu xaricdəki söyüş müxalifətinin və yerli müxliflərin qıcığına səbəb olsa da özlüyündə ciddi və maraqlı hadisədir. Prezident dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə sərəncam imzalayıb.

Əslində bu inqilabdır. Şünki son illər ərzində bu qədər geniş kontingent üçün belə bir qərar qəbul edilməmişdi. Minimum əməkhaqları qırx faiz artırılaraq iki yüz əlii manata yüksəldilib. Bu bir milyona yaxın çalışan insanı əhatə edəcək qərardır. Bunun üçün dövlət büdcəsindən illik 780,  2019-cu ilin sentyabr-dekabr ayları üçün 245 milyon vəsait ayrılıb. İyunun 18-də imzalanan sərəncam ölkədə sosial rifahın yüksəlməsinə paralel həm də siyasi jestdir.

Bu dövlətin vətəndaşının arxasında olmasına dair göstəricidir. Həm də təhlükədir.  Çünki ölkəni sosial partlayış həddində olmaqdan xilas etdi. Eyni zamanda bu fonu yaradanları planı alt-üst oldu. Bu mənada müxalifətin və xaricdəki söyüş mediasının qıcıqlarını rahat başa düşmək mümkündür.

Dövlət başçısının bu sərəncamı hər kəs, həmçinin məmur komandası üçün Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayandığının göstəricisidir. Nə deyək davamlı olsun, İNSAN, İNSANLIQ diqqət mərkəzdə olsun ki, dövlət zədələnməsin, insanlar sınmasın, şəxsiyyətləri alçalmasın. Çünki bir dövlət sındırılmış və şəxsiyyətsizlədirilmiş adam təkcə o dövlətin özü üçün yox, bütün dünya üçün baş bəlasıdır. Biz, insanlarımızı o “zirvəyə” qədər yırtıcılaşmaqdan qorumalı və bu istiqamətdə istənilən layihəyə, qərara dəstək olmalıyıq…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top