Jalebloq.az

Söyüşün beşinci mərtəbəsindəki mühacir biznesi…

KÖŞƏ

Söyüşün beşinci mərtəbəsindəki mühacir biznesi…

“Gəncliyin Elmi-Mədəni inkişafı” İctimai Birliyində əməliyyat-axtarış tədbiri keçirilib. Əməliyyatın video görüntüsü Real TV-nin “Mirşahin vaxti”nda yayınlanıb.Təşkilatın Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər götürülüb. Axtarış zamanı DİN-nin Bakı Baş Polis, XİN-nin Konsulluq İdarəsi, AXCP və Müsavat partiyalarının möhürünə də rast gəlinib.

İctimai fəaliyyət adı altında siyasi mühacir “istehsalı” və “ixracı” ilə məşğul olub, dövlətin beynəlxalq imicinə ləkə gəritən, böyük qazanclar əldə edən bir qrup yerli fırıldaqçıya, Azərbaycandakı diplomatik nümayəndəlik əməkdaşlarının da dəstək verdiyi istisna deyil. Belə ki,  onlar saxta sənədli adamların Azərbaycanda gerçəkdən təqib olunduqlarını öz dövlətləri qarşısında təsdiq edir. Daha sonra həmin sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək, təbii ki, maddi qazanc qarşılığı Azərbaycanın bu üz qaralarına “siyasi mühacir” statusu alırlar.

Onu da qeyd edək ki, ofisdən 100-dən artıq dövlət qurumu və ayrı-ayrı təşkilatın möhürləri tapılıb. Təşkilat mühacir biznesi üçün gərəkli olan alətlərə, avadanlıqlara malik olub. Hətta sənədlərə atılmalı vacib rəsmi imzaları belə imitasiya edən əməkdaşlar yetişdirib.

Maraqlıdır bəs xaricə siyasi mühacir kimi getmək üçün nə tələb olunur? Bircə şey, təzyiqə məruz qaldığını sübut edən arayış.

İndi gələk ona ki, kim nəyə iddialıdır və ya deyil. Düzü hələlik kimsə iddia eləmir ki, adıgedən dövlət qurumlarının özləri, ya da  AXCP və Musavat bu biznesdə maraqlıdır, yaxud maraqlı deyil. Amma bu dəqiqdir, AXCP və Müsavatda, o cümlədən adıgedən dövlət qurumlarında məsələdə maraqlı adamlar var.

Baxın, partiyanın üzvü olan, siyasi təqib edildiyini iddia edən biri ölkədə fırıldaq yolu ilə olsa belə çıxarılırsa və ya öz təşəbbüsü iə çıxırsa, bu, xarici kəşfiyyat orqanlarının, o cümlədən fərqli dövlətlərin diqqətini çəkir. Yəni avtomatik olaraq Azərbaycan dövlətinə, hakimiyyətinə təzyiq rıçaqları əldə etmiş olurlarlar. İşə rəvac verənlərin özləri isə yeni-yeni qrant mənbələri əldə etmək imkanı qazanırlar.

…Qayıdaq  “Gəncliyin Elmi-Mədəni inkişafı” İctimai Birliyində aparılan qəfil əməliyyata. Əməliyyatda DİN-in müstəsna rolu var. DİN və yeni rəhbər təyin edilən Vilayət Eyvazovu ifadə edən qurumdur. Deməkdir ki, qarşıya qolulan məqsəd ölkədə mühacir biznesinin üstünü açmaq, bu prosesin sonunu başlatmaqdır. Dolayısıyla dövlətin beynəlxalq imicinə ləkə gətirən, dövlət məmurlarını təhqirlə gözdən salmağı hədəfləyən xarici kəşfiyyat planlarını alt-üst etməkdir. Təbii ki, planın reallaşmasına V,Eyvazov rəhbərlik etsə də tapşırıq dövlətdən alınıb. Bu söyüş müxalifətinin əlində dövlətə paralel, V.Eyvazovu da təhqir edib aşağılamaq üçün son dərcə ciddi əsasdır.

İndi mənzərəyə lap yaxşı aydınlıq gəldi. Hələlik DİN söyüş müxalifətinə, radikallardan ibarət bu satılmış, vətən xainlərinin cəmləşdiyi dəstəyə qarşı  real əməllərlə çıxır. Yəni onların oğurluq qaçışlarını təşkil edən, amma  QHT adı altında fəaliyyət göstərən qurumları astadan ifşa edir, zərərsizləşdirir. Bu birinci mərhələdir. Yəqin ki, növbəti addımlardan biri bu dələduzların yerləşdiyi dövlətlərə rəsmi müraciətlər yollamaq olacaq. Yəni məsələn, hörmətli, federal konsler, kraliça, baş nazir, prezident, filankəs qaçaqçılıq yolu ilə sizin ölkəyə gəlib və onun heç bir siyasi mənsubluğu yoxdur. Maraqlıdır ordan gələn rəsmi reaksiya necə olacaq?

…O üzdən söyün, nə qədər imkanınız var söyün, ürəyinizi boşaldın, bir müddət də qazanın. Hə, bir də niyə yalan deyim axı, düzü yerinizdə və gününzdə olsaydım dövləti və V.Eyvazovu mən də söyərdim, lap elə sizin kimi beşmərtəbəli…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top