Jalebloq.az

Sumqayıtdan gələn mesajı…

Uncategorized

Sumqayıtdan gələn mesajı…

DİALOQ olacaq, amma XALQla…

Sumqayıt şəhərinin yetmiş illiyi münasibəti ilə şəhər rəhbərliyi və sakinlərlər görüşən ölkə başçısı İlham Əliyev maraqlı çıxış etdi. O, Sumqayıtın bu günü və keçmişi ilə bağlı xeyli məsələlərə toxunduqdan sonra ölkədəci ictimai-siyasi məsələlərə, radikal müxalifətin addımlarına, eyni zamanda bu düşərgədə olanların şəxsiyyətinə diqqət çəkdi. Prezident Əliyev  oktyabr mitinqində Əli Kərimlinin “döyülməsi” məsələsindən də, AXPC-Musavat hakimiyyəti dönəmində baş verənlərdən də söz açdı. Maraqlı olan daha bir məqam, İlham Əliyev hərəni bir cümlə ilə ifadə elədi.

– Əbülfəz Elçibəy prezident idi. Ölkəni rüsvay etdi.

– Əli Kərimli satqın və dönükdür. Elçibəy xəstlənəndə sevinirdi ki, ölsün, keçim yerinə.

– İsa Qəmbər savadsız idi, on bir il elmi işini müdafiə edə bilməmişdi.

– Pənah Hüseyn tramvay xətlərin söküb İrana satırdı.

– Rəhim Qazıyev savadsız riyazıyatçı idi. Şuşa getsə, özümü vuracam deyirdi, indi meydanlarda sülənir.

– İsgəndər Həmidov öz rayonu Kəlbəcər gedəndə siçan kimi gizlənmişdi. Sonra Heydər Əliyevi güllələyəcəm deyirdi. Naxçıvanlılar ona elə cavab verdi ki, qaçdı, gizləndi.

– Xarici işlər naziri Tofiq Qasımov heç bir xarici dil bilmirdi, heç azərbaycanca da nə dediyini heç kim başa düşmürdü.

Bu fikirlər ölkə başçısının radikal müxalifəti birmənalı qəbul etmədiyini və gələcəkdə də etməyəcəyini göstərdi. Onlarla bir masaya hər hansı mövzu ətrafında heç zaman oturmayacağını ifadə etdi. Sınaqlardan çıxa bilməyən zəif bəndləri cəmiyyətə, insanlara bir daha təqdim elədi, özü də şəxsən.

Bu məqamda Sumqayıtda dayanıb, Bakıya dönmək lazım gələcək.

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Dəmir Yolları QSC-nin gördüyü işlərlə tanış olmaq məqsədiylə keçirilən tədbirdənsonra metronun “28 may” stansiyası qarşısındakı meydana gəldi. O meydana ki, radikal müxalifət yüz minlərin iştirakçı ilə mitinq keçirmək istəmişdi. Amma aksiya icazəsiz olduğundan radikal müxalifət meydana buraxılmamışdı. Prezidentinsə ətrafına xeyli adam cəm oldu. Hər biri ölkə başçısı ilə xatirə şəkilləri çəkdirdi, ürək sözünü dedi. Təbii ki, iş qrafiki gərgin olan ölkə başçısının son illərdə gördüyü ən yaxşı işlərdən biri də budur, insanlarla birbaşa ünsiyyət qurmaq, onları şəxsən dinləmək. Onlarla dialoqa girmək.


İndi qayıdaq yenidən Sumqayıtdakı çıxışa. Bakıda xalqla qurulan dialoq, Sumqayıtda radikalalrın olkə ictimaiətinə yenidən təqdimatı. Bu iki hadisə yeni dialoq formatından xəbər verir. Və göstərir ki, bəli, Prezident DİALOQ istəyir…Amma xalqla, radikal və keçmişi bəlli siyasilərlə yox!

Çox maraqlı mənzərə yaranır. Prezident xalqdan əmin olub, radikallara qarşı dayanır. Mənzərənin udanı da, uduzanı da bəllidir. Hər şeydən vacib qalib Azərbaycandır. Kimlərinsə yıxmaq istədiyi amma yıxılmayan, dünya durduqca var olacaq Azərbaycan! Bizə qalan, bu qalibiyyətə dəstək olan hər kəsə uğur diləməkdir!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox Uncategorized

To Top