Jalebloq.az

Türkdən başqa dostu olmayan TÜRK…

KÖŞƏ

Türkdən başqa dostu olmayan TÜRK…

Bakıda Türk Şurasının informasiya və media üzrə yüksək vəzifəli rəsmilərinin ikinci toplantısı keçirilib. Xeyli zamandır müzakirə predmeti olan vahid türkdilli televiziyanın yaradılması məsələsinə paralel, qarşılıqlı yayımlar, informasiya mübadiləsi kimi məsələlər də müzakirə edilib. Bu əməkdaşlıq bizə, türkilli dövlətlərə, mədəniyyət, iqtisadiyyat, milli adət-ənənələr barədə maarifçilik işinə xidmət etmək üçün vacibdir. Amma təkcə bunun üçünmü?!.. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənovun da iştirak etdiyi toplantıdan anlaşılan bu ki,  belə eməkdaşlıq bir neçə aspektdən faydalıdır. Dövlət və ictimai televiziyaların qarşılıqlı translyasiyası bizə, özümüzü, yəni türkə, türkü daha yaxından tanıtmaq imkanı verəcək.

Bu həm də dövlətlərin maraqları baxımından vacib məsələdir. Türkdilli dövlətləri bir ayara informasiya “hasarını”  uçurmaqla gətirmək mümkündür. Daha doğrusu, bu “hasarın” uçurulması ciddi şəkildə bir ayara gəlmənin bünövrəsini qoymaq deməkdir. 

Dünya yenidən bölünür. Siyasi oyunların qaydaları dəyişir. Bu oyunlarda müsəlman və türk olan dövlətlərin də dünya dövlətlərinə, o cümlədən özlərinin dini, milli yönləri ilə bağlı mövqeləri bəlirlənir. Başqa sözlə terror və digər dünyəvi cinayətlərdə hər kəs tərəfini, marağını, niyyətini və məqsəd-məramını ortaya qoyur.

Türk dövlətləri əsasən müsəlmanlardan ibarətdir.

Bu gün dünyada İslam dininə qarşı çirkin kampaniya aparılır.

Dünya dövlətləri ilə çiyin-çiyinə türk dövlətlərinin də  terrorla mübarizə apardığı halda…

…Müsəlman dövlətləri və xalqları  terrorla eyniləşdirilir.

Dünyaya mədəniyyət, şərqdən, türk-müsəlman dövlətlərindən necə deyərlər ixrac olunduğu halda, indi vəziyyət tərsinədir.

Türk-müsəlman dövlətlərinin mədəniyyəti, dəyərləri inkar olunur. Baxırsan ki, bir müsəlmanın tutalım Notr-dam kilsəsindəki yanğına ağlayıb, təəssüfləndiyi qədər, məhv edilən müsəlman-islam, türk abidələrinə dünya təəssüfünü bildirmir, etiraz eləmir, maddım-maddım baxır, bəzən də heç baxmır.

***

…Bu var olanı, türkləri, türkdilli müsəlmanları, onların cəm olduğu dövlətləri yox bilməyin aşkar nümayişidir.

…Bu eyni zamanda dünyanı türklərə, müsəlman-türklərə və onların dövlətlərinə qarşı qoymaq cəhtidir.

…Bu müsəlman və qeyri-müsəlmanları bir birinə düşmən etmək cəhtidir.

O üzdən bizim, dünya türklərinin bir-birimizlə informasiya mübadiləsinə ehtiyac var.  Eyni zamanda bir-birimizi yaxından tanımaq üçün telekanallarımızın qarşılıqlı olaraq bir-birinin efirində tranflyasiyasına ehtiyac var. 

Türkdilli dövlətlərin informasiya mübadiləsi bir də bizə fərdi maraqlarımız baxımından önəmlidir. Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindəndir. Burada işğalçı və işğala məruz qalan tərəf var və hər şey aydındır. Sadəcə, bizim  dost əlinə, dost dətəyinə ehtiyaımız var. Bu əl və dostsa ancaq özümüzün olandır.

Ermənilərin işğaçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü olsa da, ərazisinin iyirmi faizi işğal altında qalsa da dünya Ermənistanın tərəfindədir. Dünya erməniləri dinləyir.

Ancaq görmür, ya da görmək istəmir ki, onlar müsəlman, türk olan azərilər öz yurd-yuvalarından edib, soyqırıma məru qoyub, onlarla məktəb, muzey, tarixi abidə, məscid, xəstəxana yerlə bir edilib. Hələ nə qədər əsirlikdə olanımız, girov saxlanılanımız var.  

Dünyanın türklər, müsəlmanlar və onların dövlətləri ilə bağlı qərarlarını izləmək, diqət mərkəzində saxlamaq, gərəkdikdə birgə hərəkətə keçmək üçün  Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi məhz bu amillər üzündən vacibdir.  Telekanalların qarşılıqlı nümayişi bizə həm də milli adət-ənənələrimizi yaxından tanımaq, bilmək, öyrənmək üçün vacibidr. Bu əlaqələr təkcə bu gün yox, həm də gələcək üçün hesablanıb. Əmin olaq ki, alınacaq, çünki türkün türkdən başqa dostu yoxdur.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top