Jalebloq.az

Ukraynada parlament seçkisinə doğru…

Xəbər

Ukraynada parlament seçkisinə doğru…

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı namizədini açıqlayıb.

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov qeyd edib ki, Ukrayna Azərbaycanın strateji partnyorudur, o üzdən bu iki ölkə arasında əlaqələr hər sahədə inkişaf etməlidir. Bu dinamik inkişafı daha da genişləndirmək və tarixi dostluğumuzu möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır. Bunu üçün ən uğurlu məqamlardan biri bu il Ukraynada keçiriləcək parlament seçkilərinə qatılmaqdır.

“Hamılıqla çalışıb ona nail olmalıyıq ki, bu seçkilərdə ən azı bir nəfər Ukrayna vətəndaşı olan azərbaycanlı Ali Radanın deputatı seçilsin. Bunun üçün hamımız bütün imkan və vasitələrimizi səfərbər etməliyik. Bu, bizim üçün çox vacibdir və bu işdə bizim alyans əlindən gələn hər şeyi etməyə hazırdır”

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı artıq namizədinin irəli sürülməsi məqsədəuyğun sayılan, Ukrayna vətəndaşı, xeyriyyəçi, tanınan iş adamı, Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlərarası Assambleyasının sədri, Ukraynada Azərbaycan diasporasının fəallarından olan, Rövşən Tağıyevin namizədliyinin veriləcəyi təqdirdə uğurlu nəticəyə inanır və öz işini bu istiqamətdə qurur. Elmar Məmmədov bu istiqamətdə əlindən gələn bütün dəstəyi verməyə hazır olduğunu da bəyan edir.

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox Xəbər

To Top