Jalebloq.az

Xidmət rəisinin reaksiyası…

KÖŞƏ

Xidmət rəisinin reaksiyası…


Lap 90-ları xatırladım. Nə yazırdın yüksək rütbəlilərdən həmən reaksiya gəlirdi. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovdan “Vətəndaş-məmur ittifaqı” başlıqlı bloq yazıma aldığım reaksiya bu mənada təqdirəlayiq idi. Nə deyək, davamlı olsun. Vətəndaşla, media ilə ünsiyyətə maraqlı olsunlar.

Media deyəndə cik-cik qəzet və saytlarını yox,  gerçəkdən media siması olan media qurumların, yazar

Danışsınlar, fərqi yoxdur, tənqid desin, əsəbiləşsin, irad bildirsin, ya da razılaşsa belə, nahaq yazmısan, desin, incisin. Hamısı ünsiyyət formasıdır. Yəni əsas ünsiyətdir, anlaşma və konkret iş reallaşdırmaq məhz ünsiyyətdən sonra baş tutur. Bləcə birləşib ölkə başçısını təklənməkdən qorumaq mümkündür.

Prezident dövlətin siması, sifətidir. Onu qorumaq həm də dövlətini qoruyursan deməkdir. O üzdən regionlara səfərlərində, insanların sosial durumu, ev şəraiti ilə maraqlananda, bununla bağlı əmrlər, gösrtərişlər verəndə hər kəsin borcu bu işlərdə dəstək olmaqdır. Məsələn, baş verənləri ən sadə dildə, ütülü sözlərsiz insanlara izah edə bilərik. İnsanlara terminologiya yox, sadə dil, üslub və münasibət lazımdır.

Beləcə, Prezidentli, məmurlu vətəndaşlı həm də gələcəyimizi təmin etmiş olarıq. Çünki ölkəmizdə hamının rahat yaşaması üçün bütün şərait var. Qalır anlaşmaq və öz yerində olmaq, durduğun yeri lazımınca doldurmaq, tam şəxsiyyət olduğunu göstərmək.

Yox əgər hərə bildiyini edəcəksə, sabah əlimizdən dava eləməyə də VƏTƏN tapmayacağıq…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top