Jalebloq.az

Yeddi min yeni addım…

KÖŞƏ

Yeddi min yeni addım…

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarını başa çatdırdı.

Cəmiyyətdə proseslə bağlı fərqli fikirlər dolaşdı. Sarı kartlı stollardan tutmuş, digər neqativ hallara qədər, hər şey deyildi. Təbiidir. On minlərlər adamın iştirak etdiyi prosses barədə ən müxtəlif söhbətlər dolaşa bilər. Çünki nə də olsa cəmiyyətimiz dedi-qoduya meyillidir.

Ancaq bu söhbətlər də nəticəsiz qaldı. O mənada ki, yalan ayaq tutar, yeriməz. Prossesə ictimia nəzarətçilər cəlb edlidi. İctimai fikir, media adamlarını, ziyalıları, ali məktəb rəhbərlərini imtahanın gedişinə birbaşa nəzarətə dəvət etməklə söhbətin neqativlər tərəfinə də son qoyuldu.

Özlüyündə çox uğurlu və ağır prosses idi müəllimlərin seçimi imtahanı. Uğurlu tərəfi  isə o idi ki, məktəblərə gənc və müasir tələblərə cavab verən kadrlar,  yeni nəfəs gətiriləcək.

Narahatlıq doğuran tərəfi odur ki, yaşlı nəsil müəllimlərlə bağlı müəyyən neqativləri də gündəmə gətirməyə çalışan tərəflər var.

Məsələn, sual oluna bilər ki, məktəbdə yaşlı nəsil müəllimlərin aqibəti necə olacaq? Onlar lazım deyilmi məktəbə, Təhsil Nazirliyinə, ümumiyyətlə cəmiyyətə?

Lazımdır! Əvvəla, yeni təyinat alan kadrların hamısı məhz yaşlı müəllimlərini yerinə gətirilmir. Həm də onlar məhz yaşlı nəsl müəllimlərin təqaüdə göndərilməsi üçün işə götürülməyib. Onlar həm də təqaüdə gedənlərin yerlərinə gətirilib. Əksəriyyəti ilə vakansiya, yəni ehtiyac, olan yerlər, ixtisaslar üzrə təyinat alırlar.

Qaldı yaşlı nəsil müəllim məsələsinə…

Uşaqlıqdan millət olaraq hamımıza  evimizdə bir mənəvi dərs keçilib. Böyüksüz ev, susuz dəyirmandır. Böyüklərə sayğılı olun. Bu mənada yaşlı nəsil müəllimlər bizim təhsil, tədris evələrində, məktəblərdəki, böyüyümüzdür.  Onlardan öyrənəsi çox şey var. Məktəblərin illərcə məktəb olmasında da xidmətləri təbii ki, böyükdür, danılmazdır.

Ayrıca, məktəbə yeni gələcək kadrların əksəriyyəti gənclərdir. Yəni nəzəriyyəni əla bilən, praktik təcrübələri az. Bu da doğrudur ki, praktika təcrübəni insana heç bir ali məktəb müəssisəsi aşılaya bilmir. Adından bəlli, praktika, təcrübə…Yəni nəzəriyyəni əla bilən mütəxəssisi ikiqat gərəkli eləyən həm də onun praktika müəlliminin səviyyəsi həll edir.  Bu mənada əksəriyyəti  yeni olan  kadrların necə formalaşağacı məsələsində yaşlı nəsil müəllimlərin rolu böyükdür.

Hətta aralarında təqaüdə gedəcək müəllimlər varsa belə, onlar gənc nəslə bir örnəkdir. Necə, nə zaman getməyin lazım olduğun sanballı şəkildə öyrədəcək  qarşısındakı gənc kadra.

O üzdən yeni dərs ilindən yaşlı nəsil müəllimləri də böyük imtahan gözləyir desək yanılmarıq. Bu, nəsildən nəsilə təhvil vermək, keçid etmək imtahanı nümunəsidir. Arzu edək, həm gənc, həm yaşlı nəsil müəllimlər bu mərhələdən üzüağ, qürurla çıxsın.  

…Və nəhayət yeni tədris ilində, ölkə üzrə təhsil müəssisələrindən, yeddi min, yeni kadr, gənc mütəxəssis işəri girəcək. Eyni anda yeddi min gəncin irəliyə addım səsini eşidəyəik yəni. Təsvvür edirsinizmi?  Eyni gündə məktəb qapılarından içəri atılacaq, yeddi min müəllimin adıım səsi…Düzü təsəvvürü belə möhtəşəmdir.

O üzdən üzümüzü o gənclərə tutur, eyni nəticəni işlərinizdən gözləyənlər var gənclər deyirik. Bir də onu deyirik ki, dovlətə vətəndaş, millətə İNSAN yetişdirmək məsuliyyəti böyük və şərəfli işdir! Şərəfinizdən muğayat olun!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top