Jalebloq.az

Yırtıcı adamların əhatəsində

KÖŞƏ

Yırtıcı adamların əhatəsində

Bu xəstəxananın ağsaqqalı var, çıxın çölə- xəstəxana yetkilisi…

İşimizi ləngidirsiniz, aparatan ayırılmalıdır- soyuqqanlı əməliyyatçı…

Yaz ki, poğzun ailənin uşağı idi- məktəb direktoru, qadın ana…

Başqa diaqnozla aparaq- təcili yardımın həkimləri…

İki saat ləngidin- canından qorxan məktəb yetkilisi…

Uşaq əladır, ayağı sınıb, qorxulu nəsə yoxdur-yalançı həkim…

Anası ikinci dəfə ərə gedib, pozğundur-müəllimə…

O qızın məktəbdə gəzmədiyi oğlan yox idi-məktəbdəki söz-söhbət…

O qız gündə qəlyana çəkməyə gedirdi-dedi-qodu…

O qız tərbiyəsiz idi-qeybət, ləkəyaxma…

Badamdarda torpaq verim-ört-basdır təklifi…

O qızı hər gün döyüb- on birinci sinif şagirdi…

Özünü ölüdürmək həddinə gətirib- ata-anasız Bakıda qohumlarıyla yaşayan, yeniyetmə…

Filan yazını saytdan çıxardın- rəsmi adamların narahatlığı…

Onun ölüm videosunun yayın-maraqlı tərəflər…

Özünü pəncərədən atdığı anı paylaşın-ajiotaja meyilli adamlar…

Ölürsə, aparatdan biz ayırırıq- hikkəli tibb bacısı…

Mənlik deyil-həkim cərrah…

Ölü yerinə gəlməyən hikkəli qohumlar…

…Meyit ortada, soyuyur, göyərir, əzaları əyri, boynu bükük qalır, bu kimsənin eyninə deyil…

Bunlar hamısı adamlardır, adamlar. Bu ölkəni belədən-belə sürüyən, başına olmazın oyunlarını gətirən, yırtıcı adamlar. Qorxulu, təhlükəlidirlər. Adamın burda ölməyi də gəlmir qorxudan.

İndi kimi tutsunlar? Kimə caza kəsilsin? Ən vacibi kim kəssin bu cəzanı? Axı hamı cəzalıdır. O üzdən hərdən düşünrəm bəlkə balaca Elina ölümü ilə İNSAN kimi bəraətini alıb, cismən torpağa, ruhən göylərə getdivə daha xoşbəxtdir. Bizsə Allahın kəsdiyi məhkumluq cəzasını, yer üzünün Azərbaycan adlı məmləkətini məhbəsə çevirib yaamaqdayıq. Bu qədər qüsurlu adamın balaca bir ölkədə cəm olmaq hadisəsinə başqa ad verə biləmdim doğrusu.

Heyif səndən, Azərbaycan! Qismətində bir yığın qüsurlu adama məhbəs olmaq da varmış! Və mən getdikcə “cəhənnəm qapısı gözəl olur, gerçək cəhənnəm içəri girəndən başlayır” deyiminə inanıram. Çünki Azərbaycan da çox gözəldir!…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top