Jalebloq.az

Yıxılana “hırıldayanlar” qrupu…

KÖŞƏ

Yıxılana “hırıldayanlar” qrupu…

Dünya şəhərləri ilə müqayisədə nəinki Bakımız, ölkəmiz də çox balacadır. Balaca ölkələrin alnına dünyada mövcud olması və yaşaması üçün özündən böyük işlər görmək yazılır həmişə.

Bu mənada düşünürəm, rus imperiyasının işğalından azad olandan sonra üç səbəbə görə varıq. Neft, qaz və təşkil etdiyimiz beynəlxalq tədbirlər. Üçüncü olmasa birinci və ikinci ilə bizi millət olaraq havayı yeyən, manqurtlara çevirib, ərəblər kimi kəmsavad və on arvadlılar ölkəsi edəcəklər. O baş tutmasa, təhsilimizi əlimizdən alıb, hansı ki, zaman-zaman buna cəhtlər edilir, cahillər ölkəsi edib, Suriyaya, İraqa, ya da dövlətdən daha çox narkotiklər plantasiysına bənzəyən Əfqanıstana çevirəcəklər. Hələlik cəhdləri alınmır. Çünki təhsil almaq həvəsi bizə sovetlərdən qalan ən gözəl, ən uğurlu vərdiş, ənənədir. Biz də bu ənənəni davam etdirməyə çalışırıq. Tədbirləri də məhdud imkanlarla ən ideal formada reallaşdırmağa cəhd edirik.

Başlayaq məhdud imkanlardan. İrad tutula bilər ki, imkanlar niyə məhdud olsun? Azərbaycanın nefti, qazı dünya brendidir. Tam doğru. Elə o üzdən dünya standartı ilə tədbir təşkil edə bilirik. Amma şəhərimiz qəlbimiz qədər böyük deyil. Burda isə insanların narahatlığı da, narazılığı da anlaşılandır. Təkcə bir qrupu anlaya bilmir adam, HIRILDAYANLARI!

Fərdi yanaşmaya qalarsa  xoşuma gəlməyən bəzi məqamlar var. Məsələn, bizim tədbir təşkilatçılarından beynəlxalq tədbir ərəfəsində insanların da rahatlığını düşünmələrini rica edirəm. Çünki məmləkətdə qazanılan hər bir uğurda daha çox sıravi adamların zəhməti var. Nə olur olsun, İNSANları narazı salmamaq lazım!

Narazılıq nədəndir? Daha çox sıxlıqdan! Ancaq sıxılanlar, əziyyət çəkənlər belə yarışma zamanı baş verən hadisələrə, faciələrə ölkənin adına cüzi bir söz gəlişinə sevinmirlər. Sevinən bir qrup adamdır. Azərbaycanlılar və Azərbaycan bir anlıq da olsa bədbəxtlik yaşayanda, hansısa naxoş insident baş verəndə, dədələri sərvət qazanırmış kimi rahatlayırlar, sevincdən hır-hır HIRILDAYIRLAR!

Ölkədə Formula-1 yarışlarında, Neftçilər prospektində, baş verən ani xoşagəlməzliyə “gülənlərə”, əslində hərəldayanlar deməkdən başqa neynəmək olar axı?!. Az qalırlar Neftçilər prospektindəki lyukun başına dolanalar, pir deyələr yerindən dəbərən qapağa.

Nə yaxşı, o lyuk açıldı!

Nə yaxşı, o maşının sürücüsü idarəçiliyi itiri!

Nə yaxşı, o idmançı zədələndi, qəzaya!

Nə yaxşı biabır olduq! 

Nə yaxşı ee o boyda maşının böyük məbləğdə haqqını ödəmək Azərbaycanın boynunda qaldı!

Nə yaxşı, nə yaxşı ee, nə yaxşı!

Heç nə demirəm, boyunuzu yerə soxum…

Gör indi nə qədər danışılacaq bu mövzu, Azərbaycanı danlayacaqlar kimlərsə, bizdə də kimlərsə dönüb kimlərisə cəzalandıracaq, qonorarını kəsəcək, hələ bəlkə işdən atılanlar da oldu. Çünki həmişə bu bir provakasiyadır ehtimalı var. Lyukun qapağını bilərəkdən dəbərdmiş də ola bilərlər. Bizdə mümkündür, inanıram ki, olar! Bütün bunlar qarşısında adam yenə də dönüb düşünür ki, xoş olmayan olaylara görə niyə bu qədər xoşbəxt olur axı kimlərsə?!.

Özü də bunu edənlər millət adından danışır. Daha demirlər ki, aşağı yuxarı yüz əlli adamıq, hərəmizin də elə sayımız qədər saxta profilimiz var.  Azərbaycanın qara piarını etdiyimiz üçün özümüzün və profilimizin sayıycan qonorar alırıq Corcdan, Mişadan zaddan…

Çirkinləşməyin!

İnsanların sinirləri ilə oynamayın!

Yalandan canıyanmışlıq sərgiləməyin!

Bilirsiniz, gül kimi bilirsiniz ki, İslam oyunları, Formul-1 kimi yarışmalar Azərbaycana niyə lazımdır. Dünyaya Azərbaycanı qabliyyətsiz, bacarıqsız, barbar, fərasətsiz, kəmsavad kimi təqdim edən qara piarçıların qarşısına necəsə çıxmalıdır bu dövlət.

 Bu yarışların qazanc tərəfilə işim yoxdur. Özləri və insafları bilər. İşim o ki, biz yaşayaq, biz var olaq, Azərbaycan dövləti olaraq. Bir də bizim ölkəmizin çox hörmətli təşkilatçıları nəyisə təşkil edəndə, hər şeyin önündə öz vətəndaşını düşünsün. Vətəndaş da sayıldığını, sevildiyini duysun. Məmləkət adamının məncə başqa bir istəyi yoxdur. O sayılmasını və rahat olmasını istəyir. Bu mənada cüzi də olsa problem yarandımı, Corcun və Mişanın Bakıdakı balalrı, onların saxladığı adamlar, üstəgəl xaricdəki söyüş müxalifəti və xarici kəşfiyyat jurnalistikası işə düşür.  O üzdən gəlin əl-ələ tutub, ölkənmizi Əfqanıstan, İraq, Suriya olmaqdan qoruyaq. Bizi Osman kişinin qızı, Rusiyanın Bakıdakı aslanları, bir zamanlar dövlət çevrilişinə cəhddə günahlandırılan qurbanlar, xain orduxanların əli ilə silkələsələr də, yıxa bilməsinlər. 

…Bir də bəli, fərdi problemlərimiz, qayğılarımız var. Hərənin öz dərdi də özünə dəvədir. Amma məsələ bu ki, bizə dərdimizi çəkmək üçün də VƏTƏN lazım! Bunu anlamasaq, VƏTƏN də bir dərd olacaq bizə!

r də bunu anlamaq!

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top