Jalebloq.az

Yüzə bir də başladıq…

KÖŞƏ

Yüzə bir də başladıq…

Azərbaycan Prezidenti İlham Əliyev Cümhuriyyətin yüz bir illiyinə həsr olunmuş rəsmi qəbulda  çıxış edib. Ölkə başçısının çıxışında bir neçə strateji istiqamət var:

-Ölkədə işsizliyin vəziyyəti;

-Sosial problemlər;

-Xarici sərmayə cəlbi;

-Ermənistan-Azərbayan-Dağlıq Qarabağ münaqişəsi;

-Azərbaycana xarici təzyiq cəhdlər;

-İnformasiya müharibəsi.

Prezident Əliyevin çıxışı ilk növbədə “müxaliflərin” ağzına sanballı kilid oldu. Həm də dövlətin başında dövlətçilik, millətçilik ənənələrinə sadiq siyasi liderin olmasının zəruri göstəricisi kimi özünü bir daha təsdiqlədi. Siyasi hakimiyyət Məmməd Əmin Rəsulzadənin, AXC quruculrının tarixdən silinməsi siyasətini qurub deyənlər, ölkə başçısının çıxışı bu iddianı birmənalı rədd edir:

-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaradılmışdı və böyük fəxirdir ki,  bunu məhz Azərbaycan xalqı edib;

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görüb. Onların xatirəsini əziz tutur, qəlbimizdə yaşadırıq.

Azərbaycan Prezidenti müstəqilli şərtləndirən səbəbləri dəqiqliklə də izah etdi:

-Xalq, çox mütərəqqi xalqdır;

-Azərbaycanın görkəmli ziyalıları ölkənin inkişafı üçün çox böyük işlər gördülər;

-Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, iyirmi üç ay ərzində çox böyük işlər görə bildi;

Ölkə başçısı daha sonra bunları sadaladı:

-Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı.   Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad edilməsinə nail oldular. Bakı Dövlət Universiteti yaradıldı. Bu, təhsilə çox böyük diqqət yetirildiyinin  göstəricisidir. İki yüzdən çox qanun qəbul olundu.

1993-cü ildən sonra Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu vurğulayan Azərbaycan Prezidenti, əvəzedilməz  Heydər Əliyev siyasıtindən danışıb. 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında  bu istiqamətdə danılmaz və böyük xidmətləri oldu:

-Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu;

-Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı;

-Nizami ordu yaradıldı;

-Ölkəyə böyük həcmdə xarici sərmayə gəlməyə başladı;

-Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi;

-Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi.

“Azərbaycan indi  bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz siyasətini aparır. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir”.

Dünyada Azərbaycan üçün yeni təhlikə mənbələrinin yaradıldığı məsələsinə toxunan  ölkə başçısı  bele deyib:

-Biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.

Sosial infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülməsinə diqqət çəkən Prezident,  çoxlu sayda məktəb, xəstəxana tikintisinə diqqət çəkdi. Ölkənin güclü iqtisadi potensialından söz açdı.

Dəmir yolu infrastrukturu qurulub;

-Yeni avtomobil yollarının tikilib;

-Altı beynəlxalq aeroport  fəaliyyətə başlayıb;

-Dəniz nəqliyyatı müasirləşdirilib.

Prezident Əliyev qeyd edib ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. “Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün, çox güclü hüquqi baza yaradıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilən qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmir”

Prezident bundan sonra da ölkədə sosial sahəyə böyük diqqət göstəriləcəyini qeyd edib. Diqqət mərkəində olan məsələlərdən biri də iİşsizliklə bağlı problemdir. “2003-cü ildən bu günəcən iki milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son on beş il ərzində Azərbaycan əhalisi 1,7 milyon artıb. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq”.

Bu gün dünyada informasiya müharibəsi aparılır. Artıq müstəqil Azərbaycanın hər bi vətəndaşı vətəndaş bunu açıq-aydın görə bilir.  Azərbaycan həm də onu bilir ki, illərin informasiya müharibəsində dünyanın ciddi hədəflərindən biridir. Təbii ki, hədəf olmağın də son dərəcə ciddi səbəbləri vardır. Azərbaycanın hədəf olmasının arxasında hər zaman beynəlxalq maraqlar və bu maraqları sahibi olan güc mərkəzləri dayanır. Bu səbəbdən, ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb.

Azərbaycan Prezidenti bunları nəzərə alaraq cəmiyyətə “biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq” mesajını verib.

“Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların məqsədi Azərbaycanı ləkələmək,  haqqımızda təhrif edilmiş məlumatlar yaymaqdır.  Bu yalanları darmadağın edirik və etməliyik”.

Daha sonra ölkə başçısı dövlət quruculuğu istiqamətində siyasi iradəsini bir daha ifadə edib. Onu da qeyd edib ki, yürüdüyümüz yolda Azərbaycanda maraqları olanların hədəfi həm də ölkənin milli-mənəvi dəyərləridir:

-Biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bunu da bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik. Qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq!..

***

…Və sonda, siyasi liderin çıxışından sonra deyiləcək bu sözardını bir jurnalistin fərdi yanaşması kimi də dəyərləndirmək olar. Azərbaycan siyasətində bir əsirdə üç möhtəşəm azərbaycanlı kişi, siyasət nəhəngi olub. Müstəqilliyin yüz bir ilində onlara böyük minnət borcumuz var.

Məmməd Əmin Rəsulzadə, bizə müstəqilliyi daddıran AZƏRBAYCAN KİŞİSİDİR!

Əbülfəz Elçibəy, bizim işğaldan qurtuluşumuzdakı yolda çırağımız olan AZƏRBAYCAN KİŞİSİDİR!

Heydər Əliyev, bu günki müstəqil Azərbaycanın yaradıcısı, memarı olan AZƏRBAYCAN KİŞİSİDİR!

Bu üç siyasət  NƏHƏNGİNƏ görə öncə tanrıya, sonra onları yetişdirən VƏTƏN, AZƏRBAYCAN qarşısında baş əyməyən hər kəs namərddir! Ruhunuz şad olsun BÖYÜK KİŞİLƏR! Siz qurdunuz, bərpa etdiniz, inkişafa yüksəltdiniz, biz səfasını görürük. Tanrı qarşınızda unatdırmasın, çünki yüzə, bir də başladıq…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top