KÖŞƏ

Zəfər Türkoğlu, Sona və Malena…

Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub.
Yarışmanın Azərbaycan təmsilçisi Sona Əzizova onu təbrik edib. Qızlar qucaqlaşıb. Bunu əks etdirən video görüntülərsə sosial şəbəkələrdə yayılıb. Gənc azərbaycanlı qızın hərəkəti ciddi narahatlığa, aclığa səbəb olub.
Malena isə bu jestə cavab olaraq Sonanı qucaqlayıb. Bu görüş qızların sülh mesajı kimi qəbul edilib. Tamamdır!
Məkan ermənisevər Fransa!
Tərəflər uşaq!
Yarışma siyasi yüklü!
İndi bəlkə də olayın mahiyyət bu ki, dünyada elə nəsillər, elə yeniliklər var, bütün dövlətlər, millətlər, sərhədlər və hadisələri arxa plana keçirir. Yəni dünya özü üçün yeni dünya vətəndaşı modelini yaradır. Milli dəyərsiz, sərhəd və millət fərqi olmadan. Ancaq dünya güclərinə xidmət edəcək nəsil. Bu həm də dünyanın yenidən ibtidailəşməsidir. Yəni, zatən dünya var olanda sərhədlər, dövlətlər və millətlər olmayıb. Hər şey sonradan yaranıb. Dinlər, millətlər, dövlətlər mərhələ ilə var olub.
İndi sülhü uşaqların, gənclərin dili ilə demək də bu ibtidailəşmənin bir variantdır. Amma və lakin sülh təbliğatını belə idtidailəşdirmək, qıcıq yaratmağa səbəb olmaq da yaxşı hal deyil.
Bəli, köçüb gedəcəyimiz yer yoxdur. Qəliz coğrafi şəraiti var ölkəmizin. Mövcud qonşularla yaşamağa məhkumuq. Ancaq evlər tikilməmiş, sərhədlər qurumamış, əsirlər tam qaytarılmamış, hər gün gələn şəhid xəbərləri dayanmamış, düşmən üzr istənməmiş və sair bu kimi xeyli işlər görülmədən milli zəmində sülh və barışığı qabağa atmaq hələ ki, alınmayacaq kimi görünür.
Özü də o məqamda ki, erməni türkdən ölkəsinə satış üçün gələn ayaqqabını da təbliğat vasitəsi sayır.
Məsələn, “Zəfər Türkoğlu” şirkətinə məxsus məhsulların, geyim, ayaqqabı və sairlərin Ermənistanda satışının çoxalması sosial medianın erməni siqmentində və ictimai rəydə narahatlıq yaradıb. Şirkət adını belə yozurlar ki, türkün zəfər çalmasına işarət edir kimlərsə. Ya Türkiyə, ya Azərbaycan fayke şirkət üzərindən belə bir oyun planlayıb. Yozuma baxsaq maraqlıdır. Hətta məntiqə uyarlılıq var. Bir də o var ki, ermənilərin iddiasına görə şirkətin adı ilə bağlı internet səhifəsində net bilgilər mövcud deyil. Yəni şirkətin səhifəsini belə fayk hesab edirlər. Odur ki,
Cənab uşaq söyənlər, özünüzü tolarlayın, diplomatiya, siyasət və müharibə dəhşəti hələ yekunlaşmayıb…
Cənab sülh qaranquşları, insanlara belə tezliklə sülh donu geyindirməyə tələsməyin…
Və hamılıqla erməni kimi savaşın informasiya müharibəsində.
Səngər qələbəsi tamdır, Azərbaycan əsgəri qalibdir.
İnformasiya savaşında düşmən üstündür. O daha bahalı piar qurub.
Diplomatik masada qələbə əllinin, əlliyə nisbətindədir.
Yəni sülh-sülh oxuyub, düşməni ruhlandırmaq, özümüzü ruhdan salmaq olmaz, tezdir, çox tezdir!
Jalə Mütəllimova
20.12.2021.

Reaksiyanız necədir?

Əlaqədar yazılar

1 of 138